Myanmanın Baş naziri Min Aunq Hleyn Rusiya prezidenti Vladimir Putini dünya lideri adlandırıb. 

"Mediatv.az" xəbər verir ki, bu barədə o, federasiya lideri ilə görüşdə bildirib.

Baş nazir qeyd edib ki, Rusiya dövlət başçısı bütün dünyada sabitliyi təmin edir: "Siz ölkəni idarə etməyə başlayanda Rusiya demək olar ki, dünyada birinci yeri tutdu. Və biz sizi Rusiyanın deyil, dünyanın lideri adlandırardıq, çünki siz bütün dünyada sabitliyə nəzarət edir və təşkil edirsiniz".