Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-09-2022, 14:19)
"Donbasa kömək etmək Rusiyanın borcudur" - Putin

 Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən ekoloji forumun iştirakçıları ilə görüşü zamanı Donbasa yardım göstərməyin Rusiyanın borcu olduğunu bildirib.

Mediatv.az xəbər verir ki,  bu barədə “Rossiya 24” kanalı məlumat yayıb.

"Bizim borcumuz bu insanlara kömək etməkdir, Rusiya bunu edir", - dövlət başçısı bildirib.

Putin respublikalarını ön sırada müdafiə edən Donbas xalqının cəsarətinə heyran olduğunu, onların peşəkar əsgərlərdən daha yaxşı döyüşdüyünü bildirib.

Onun sözlərinə görə, vəziyyətin sülh yolu ilə nizamlanmasına dair bütün cəhdlər Ukrayna rəhbərliyinin mövqeyinə görə uğursuzluqla nəticələnib.

"Donbasda baş verənlər 2014-cü ildə hakimiyyəti zorla ələ keçirən və həmvətənlərinə qarşı hərbi əməliyyatlara başlayan neonasist rejiminin fəaliyyətinin nəticəsidir".

Bildirək ki, fevralın 24-də Vladimir Putin DXR və LXR rəhbərlərinin kömək istəyinə cavab olaraq Donbası qorumaq üçün xüsusi əməliyyat elan edib. Kiyev Moskva ilə diplomatik əlaqələri kəsib, bir sıra ölkələr Rusiya Federasiyasına qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və Kiyevə hərbi və maliyyə yardımı göstərməyə başlayıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024