Cəmiyyət (24-11-2014, 14:24)
Qəbələdə restoran sahibinin öldürülməsinin təfərrüatları
Qəbələdə baş vermiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb
Mediatv.AZ milli.az-a istinadən verdiyi məlumata görə, naməlum şəxslər ötən gecə Qəbələdə restoran sahibi olan 47 yaşlı Vahid Vahabovun yaşadığı evə gələrək onu qətlə yetiriblər. Mərhum hadisə vaxtı evdə həyat yoldaşı ilə olub. O, gecəyarısı evinə soxulan şəxslərin səsinə oyanıb. Oyanması ilə güllələnməyi bir neçə saniyə çəkib. Cinayətkarlar onu heç yatağından qalxmağa imkan verməyərək güllələyiblər.
Rayon Prokurorluğundan verilən məlumata görə, V. Vahabovun tamah məqsədilə öldürülməsi ehtimal olunur. O bir neçə gün əvvəl "Toyota Prado" markalı avtomobilini satıb. Görünür, cinayətkarlar onun evində pulun olduğunu biliblər. Lakin pulları apara bilməyiblər.
Rayon sakinlərinin verdikləri məlumat isə hadisənin daha dəhşətli olduğunu göstərir. İddia olunur ki, cinayətkarlar evə soxularaq ailənin üzvlərinin əl-qolunu bağlayıblar. Onlar Vahiddən pulların yerini öyrənməyə çalışıblar. Görünür, istəklərinə nail olmadıqlarına görə onu öldürüblər.
Qeyd edək ki, V.Vahabov Qəbələdəki “Soyuq bulaq” restoranının sahibidir. Atası Rəşid isə rayonda tanınmış həkimdir.
Hazırda istintaq qrupu qatillərin kimliyini müəyyənləşdirmək üçün işləyir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025