Cəmiyyət (4-09-2014, 14:05)
Bakıda qan davası...
Bakıda evinin yaxınlığında güllələnən şəxs dünyasını dəyişib
Qaradağ Rayon Prokurorluğundan milli.az-a verilən və dəqiqləşdirilən məlumata görə, gecə naməlum şəxs Şaban Nəbiyevə 3 atəş açıb.
Güllə yarası ilə xəstəxanaya çatdırılan Ş.Nəbiyev orada dünyasını dəyişib.
Araşdırma zamanı ortaya maraqlı məqamlar çıxıb. Məlum olub ki, güllələnən şəxs iki ay bundan əvvəl həbsxanadan azadlığa buraxılıb. Şaban Nəbiyev 2007-ci il yanvar ayının 9-da Qaradağ rayonu ərazisində iki nəfəri güllələyib. Həmin hadisə zamanı Nəbiyev vətəndaş Ələsgər Quliyevi qətlə yetirmiş, İntiqam Babayevi isə yaraladıqdan sonra hadisə yerindən qaça bilmişdi. Amma sonradan polislər Şaban Nəbiyevi yaxalamağa müfəffəq olmuşdular.
Ötən gecə baş verən hadisənin də onun 7 il əvvəl qətlə yetirdiyi Ələsgər Quliyevin yaxınları tərəfindən törədildiyi ehtimal olunur.
Rayon polisindən verilən məlumata görə, hazırda cinayəti törədən şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Paytaxtda gecə dəhşətli qətl hadisəsi baş verib.
Qaradağ rayon prokurorunun köməkçisi Araz Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, saat 22:30-da Sahil qəsəbəsindəki “Sahil” parkında bir nəfər güllələnib.
Araşdırmalar zamanı güllələnən şəxsin kimliyi məlum olub. Onun Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Şaban Məmməd oğlu Nəbiyev olduğu bilinib. Onu “Vinçester” markalı odlu silahla güllələyiblər. Onun bədənində bir neçə güllə olub.
Şaban Nəbiyevi güllələyənin kimliyi hələlik məlum deyil. Hadisənin başvermə səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024