Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (4-11-2014, 19:24)
İcra başçısının klinikası bağlandı

İcra başçısının klinikası bağlandı

 

Azərbaycanda daha bir klinikanın fəaliyyəti dayandırılıb. "Mediatv.az” AnsPress-ə istinadən xəbər verir ki, bu dəfə "Dobromed” klinikasının lisenziyası dayandırılıb.

Klinikanın iqtisadi məsələlər üzrə direktoru Solmaz Əliyevanın verdiyi məlumata görə, klinikanın lisenziyası müvəqqəti olaraq alınıb. Onun sözlərinə görə, bu səbəbdən klinika müvəqqəti olaraq bağlanacaq.

""Dobromed” bir neçə günlük bağlı olacaq. Müvəqqəti olaraq lisenziya dayandırılıb. Buna səbəb xəstəxananın ginekologiya şöbəsində müəyyən çatışmazlıqlar olub”,- deyə Solmaz Əliyeva bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin AnsPress-ə verdiyi məlumata görə, klinikada yoxlama aparılıb. Komissiya bir sıra qüsurlar aşkarlayıb:

"Qüsurlar aradan qaldırılana qədər klinikaya verilən lisenziya dayandırılıb. İndi klinikada qüsurlar aradan qaldırılandan sonra yenidən Səhiyyə Nazirliyinə müraciət edə bilərlər. Müraciət əsasında yenidən komissiya təşkil olunacaq. Yoxlamalarda qüsur aşkar olunmasa, o zaman klinikaya lisenziya verilə bilər”, - deyə Anar Qədirli bildirib.

"Qafqazinfo” xəbər verir ki, adı çəkilən klinika Nəsimi Rayon İcra başçısı Məhəməliyev Nəsibə məxsusdur. Qeyd edək ki, son vaxtlar N. Məhəməliyev icra başçısı kimi fəaliyyətində də böhran yaşayır. Bir müddət əvvəl Nəsimi rayonu ərazisində ağacların kütləvi şəkildə kəsilməsi, yerində isə obyekt tikilməsi və məsələyə ölkənin birinci xanımı Mehriban Əliyeva səviyyəsində müdaxilənin edilməsi faktı da icra başçısının imicinə ciddi xələl gətirib. Xatırladaq ki, birinci xanımın müdaxiləsindən sonra "ağac soyqırım"ına son verilmiş və həmin ərazidə yenidən yaşıllaşdırma işləri aparılmışdı.

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024