Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-03-2021, 18:15)
“Əvvəl “təmizlənmə”, sonra...” - GƏLİŞMƏ

“Əvvəl “təmizlənmə”, sonra...”
Qeyri-rentabelli fəaliyyət göstərən, kifayət qədər daxili və xarici borcu olan dövlət qurumlarının özəlləşdirilməsi məsələsi son ayların aktual müzakirə mövzusudur.

Doğrudur, hökumətin bu məsələ ilə bağlı hansı mövqedə olduğu dəqiq məlum deyil, amma hər halda atılan bir sıra addımlar proseslərin bu istiqamətdə inkişaf edə biləcəyi ehtimalını yaradır.

Dövlət qurumları, o cümlədən də “Azərsu” və “Azərenerji” ASC, “Azəriqaz” İB özəlləşdirilərsə, onların daxili və xarici borcları ilə bağlı problemlər necə həllini tapacaq?

İqtisadçı Natiq Cəfərli "Mediatv.az"-a açıqlamasında bildirib ki, İnvestitsiya Holdinqi məhz bu cür məsələlərin həlli məqsədilə yaradılıb:

“Əgər bu qurumlar həqiqətən özəlləşdiriləcəksə, obrazlı desək onların “təmizlənməsi” – borclardan silinməsi, idarəetmənin təkmilləşdirilməsi, gəlirlə işləməyə başlaması lazımdır. Çünki istənilən halda istər yerli, instərsə xarici şirkət həmin dövlət şirkətləri özəlləşdirməyə çıxarılan zaman onların borclarını üzərinə götürməyəcək. Götürsə belə, bu məbləğ qiymətdən çıxılacaq. Məsələn, hansısa xidmət qurumunun qiyməti 1 milyard manatdırsa və onun 800 min manat borcu varsa, bu məbləği çıxılıb, 200 min manat ödəniləcək. Hansısa bir qurumun mülkiyyət və ya idarəetmə formasının dəyişməsi “təmizlənmədən” mümkün deyil. Ona görə də hesab edirəm ki, hökumət doğrudan da xidmət sahələrinin özəlləşdirilməsində qərarlıdırsa, İnvestitsiya Holdinqinin əsas işi onların “təmizlənməsindən”, rentabelli çalışmasının təmin edilməsindən ibarət olmalıdır”.

İqtisadçı xidmət qurumlarının dövlət büdcəsinə və ya bir-birlərinə olan borclarının yaxın zamanlarda qaytara biləcəyini düşünmür:

“Güman ki, dövlətin qərarı ilə bu borclar büdcə hesabına ödəniləcək və ya Prezident fərmanı ilə qarşılıqlı şəkildə silinəcək. Yalnız borcların silinməsindən sonra onların özəlləşdirməyə açılması mümkündür”.

Ümumilikdə xidmət qurumlarının daxili və xarici borclarını necə xarakterizə etmək olar, onlar çoxdurmu?

İqtisadçı bildirib ki, dövlət qurumları arasında borcları çox olan da, nisbətən az olan da var:

“Əsas borclar xroniki borclardır. Hətta 90-cı illərdən üzərinə yığılan borclar da var. Bununla yanaşı, qarşılıqlı borclar da var, məsələn “Azərenerji”-nin “Azəriqaz”-a, “Azərsu”-nun digər qurumlara, onların “Azərsu”-ya borcları var. “Azərsu”-nun büdcəyə kifayət qədər böyük məbləğli borcu var, bunu hissə-hissə qaytarsa da, yenə də qalır. Nədənsə bütün dövlət şirkətləri ziyanla, rentabelsiz işləyirlər. Bu da korrupsiya sistemlərindən, normal idarəetmənin olmamasından irəli gəlirdi. Bundan başqa xarici borclar da var, təqibən 10 milyard dollara yaxın dövlət şirkətlərinin xarici borcu var. Doğrudur, bunun böyük əksəriyyəti 80 faizinə qədəri SOCAR-ın payına düşür, amma digər qurumların da borcu var. Ədalət naminə onu da demək lazımdır ki, son iki ildə digər dövlət şirkətlərinin xarici borclarında xeyli azalma var. Amma ümumilikdə söhbət milyardlarla məbləğli yerli və xarici borcdan gedir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024