Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (12-10-2014, 19:39)
Xidmətdə 9.3 milyonluq əməliyyat və ya rəisin “SS İnşaat” MMC-lə qaranlıq əməlləri...

Dövlət Baytarlıq Xidmətinin rəisi bu qədər pulu hara xərcləyib?

Heydər Əsədovun Kənd Təsərüfatı naziri təyin olunandan sonra, adı çəkilən nazirliyin bir çox qurumlarında keçmiş nazir İsmət Abbasovun kadrlarının çətin vəziyyətlə üzləşməsi ilə bağlı bizə məlumat daxil olub.

Həmin məlumatda bildirilir ki, nazirlikdə çətin durumla üzləşən qurumlardan biridə Dövlət Baytarlıq Xidmətidir. Adı çəkilən xidmətin rəhbəri Siyalə Rüstəmovadır. 
Qeyd edək ki, Siyalə Rüstəmova Dövlət Baytarlıq Xidmətinin rəhbəri vəzifəsinə təyin olunmamışdan öncə, Respublika Baytarlıq laboratoriyasının direktoru işləyib. 
Son illər Dövlət Baytarlıq və Bakı Şəhər Baş Baytarlıq Xidmətində baş verən rüşvət və yeyinti hadisələri ilə bağlı mətbuatda müxtəlif informasiyalar dərc olunmaqdadır. 
Dövlət Baytarlıq Xidmətində baş verən hadisələrlə bağlı daxil olan məlumata əsasən bildirir ki, xidmətə ayrılan 9,3 milyon manat vəsaitin xərclənməsində qaranlıq məqamlar var. 

Mətbuatda bu vəsaitin 2 milyon manat olduğu yazılsada, apardığımız araşdırmalarda 9,3 milyon manat vəsait ortaya çıxarıb. Dövlət Baytarlıq Xidməti bu vəsaitləri daha çox Gəncə, Qax, Zaqatala, Göyçay, İmişli, Beyləqan, Ağcabədi, Yevlax, Ucar və başqa rayonlarda xidmətin nəzarətində olan Baytarlıq laboratoriyalarının inzibati binasının təmiri yaxud tikintisinə xərcləyib. 

Belə ki, ümumi təmir-tikinti işlərinə 2,1 milyon manat vəsait xərclənib və bu işləri həyata keçirən keçmiş nazir İsmət Abbassova yaxın olan "SS İnşaat” MMC dir. Bundan başqa baytarlıq xidməti ayrılan vəsaitin epizotiya əleyhinə tədbirlərin aparılmasına, bioperaparatların, diaqnostik alətlərin, dezinfeksiyaedici maddələrin, laboratoriyalar üçün cihaz və avadanlıqların, o cümlədən müxtəlif geyimlərin alınmasına ümumilikdə 3 milyon manat xərclənib.
Mənbə bildirir ki, Baytarlıq Xidmətinə ayrılan vəsaitin yarısı Respublika Baytarlıq Laboratoriyasının payına düşüb. Bundan başqa Baytarlıq Xidməti 150 min manatdan çox vəsaiti dəftərxana ləvazimatlarının alınması üçün xərcləyib. 

Mənbəmiz bildirir ki, xidmət rayonlarda tikilən yaxud təmir edilən binalarda ciddi şəkildə maxinasiyalara yol verib və bu qaranlıq yeyintinin əsas havadarları Baş Baytarlıq İdarəsinin rəisi Siyalə Rüstəmova və keçmiş nazir İsmət Abbasov olublar. Baytarlıq Xidmətinə son 2 ildə xərclənən vəsaitlərə məhz Siyalə Rüstəmova nəzarət edib. 

Mənbəmiz qeyd etdi ki, dəftərxana ləvazimatlarından tutmuş, dərman pereparatlarının alınmasında ciddi şəkildə şişirdilmələrə yol verilib və maxinasiyalarla bağlı artıq yeni nazir də məlumatlandırılıb.

Mənbəmizin bildirdiyinə görə, çox güman ki, yeni ildən Baytarlıq Xidmətində ciddi şəkildə dəyişikliklər olacaq.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

xalqxeber.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024