Cəmiyyət (10-09-2014, 15:53)
79 yaşlı ata əkizləri üçün birinci xanıma müraciət etdi
Bir müddət əvvəl yeni doğulan əkiz övladlarından imtina edən 79 yaşlı ata Əliniyaz Nəzərov Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət edib.
Mediatv.az daxil olan məlumatda bildirilir ki, Ə.Nəzərov Mehriban Əliyevaya müraciət edərək əkiz körpələrinin geri qaytarılmasında kömək etməsini xahiş edib.
Qeyd edək ki, əkizlərin dalınca paytaxta gələn Əliniyaz Nəzərov körpələrini geri ala bilməyib.
Nəsimi rayon 1 saylı körpələr ediatevindən ataya bildirilib ki, bunun üçün məhkəməyə müraciət etməli, ancaq məhkəmə qərarından sonra əkizləri özü ilə apara bilər.
Xatırladaq ki, Masallı rayon sakini Əliniyaz Əşrəf oğlu Nəzərov 3-cü nikahından dünyaya gələn körpələrindən imtina etməsini maddi vəziyyəti ilə əlaqələndirmişdi. Hazırda isə 79 yaşlı ata əməlindən peşman olduğunu və uşaqlarını körpələr evindən götürmək istədiyini bildirib.
Sözügedən hadisə isə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu.