Cəmiyyət / Karusel (12-08-2014, 20:10)
Icra başçısının obyektəri təftiş olunur - Bayram Səfərov qorxuya düşüb
Şuşanın icra başçısı Bayram Səfərovun obyektlərində vergi yoxlamaları başlayıb. Bu üzdən də icra başçısının «Nərimanov» rarkındakı ünlü restoran və çayxanalarında qiymətlər aşağı salınıb.
Bu barədə daxil olan məlumatda bildirilir ki, Tağı İbrahimovdan aldığı 4,5 milyonluq villa Qarabağ İcmasının rəhbəri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov üçün baş ağrısına çevrilib. Xatırladaq ki, bir neçə həftə əvvəl mətbuatda ATV kanalının kesmiş rəhbəri Tağı İbrahimova məxsus olan villanı 4,5 milyona Bayram Səfərova satması barədə məlumat yayılmışdı. İcra başçısı da həmin məlumatları təsdiq edərək ironiya ilə bildirmişdi ki, «hamı villa ala bilər, mən yox?» Qeyd edək ki, 4,5 milyonluq villanı aldığını təsdiq edən ivə bizneslə məşğul olması yasaq olan cra başçısı bu milyonları necə qazanması barədə mətbuata heç bir açıqlama verməmişdi.
Məlumatda bildirilir ki, icra başçısının bu məsuliyyətsiz bəyanatından sonra Vergilər Nazirliyi onun «obyekt»lərində yoxlamalara start verib. Bayram Səfərovun «Nərimanov» parkında yerləşən obyektlərinin artıq 5 gündür ki, vergi müfəttişlərinin nəzarəti altında olduğu bildirilir. Belə ki, vergi müfəttişləri restoranların aylıq gəlirini hesablamağa çalışırlar.
Mənbə bildirir ki, hazırda Bayram Səfərovun «İstanbul» və «Qala» restoranlarında qiymətlər 50 faiz aşağı salınıb. Bu restoranlarda 1 çaynik çayın qiyməti daha əvvələrdə 2 manatla 5 manat arası dəyişdiyi halda indi qiymətlər 1manatla 3 manat arasında dəyişir. Həmçinin pivə və yeməklərin də qiymətində endirimlər edilib.
Məlumatlı şəxs idda edir ki, Bayram Səfərov hər ay «İstanbul» və «Qala» restoranlarından 50 min manatdan artıq qazanc əldə edir. Bu qazancın müqabilində isə ödədiyi vergi demək olar ki, cüzi olur. Hər il icra başçısının dövlətdən yayındırdığı vergi isə yüz min manatlarla ölçülür.
Qeyd edək ki, Şuşa Şəhər icra başçısıs Bayram Səfərovun Bakının müxtəlif yerlərində obyektləri və Sədərək, Binə bazarlarında çoxlu sayda dükanları var.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024