Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (21-12-2017, 12:51)
ADAU-da civə təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

ADAU-da civə təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

 

20 dekabr 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə evinin akt zalında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı  Baş ProqramMüşavirliyi tərəfindən civə təhlükəsizliyi ilə bağlı tədbir keçirilib.Tədbirdə Birləşmiş Millətlər Təşkilatının  Azərbaycandakı Baş Proqram müşaviri Çingiz Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan  Respublikası dövlət müstəqilliyini bərpa etdiyi dövrdən bu günə qədər ətraf mühitin mühafizəsi sahəsində 30-dan çox beynəlxalq konvensiyalara və sazişlərə qoşulmuş, bununla bağlı götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.

Ətraf mühitin qorunması sahəsində Minamata Konvensiyasının mahiyyəti və ona qoşulmağın zəruriliyi tədbir iştirakçılarının nəzərinə çatdırılaraq bildirildi ki, qeyd olunan sənədin məqsədi insanların sağlamlığının və ətraf mühitin antropogen təsirlər nəticəsində atılan civə və onun birləşmələrindən (tullantılarından) qorunmasıdır.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İslam Mustafayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı məsləhətçisi Yaşar Kərimov çıxış edərək Minamata Konvensiyada qoyulan məqsədə çatmaq üçün həyata keçirilən  tədbirlər, o cümlədən civə mənbələrinə məhdudiyyətlər qoyulması da daxil olmaqla, civə və onun ticarətinə, ilkin hasilatına, civə əlavəli məhsullara, civə və civə birləşmələyi tətbiq edildiyi istehsal proseslərinə və digər sahələrə nəzarət tədbirləri barədə danışıblar.

Tədbirdə universitet müəllimlərinin və tələbələrinin Minamata Konvensiyasının müddəaları, civə təhlükələri barədə sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılıb və müzakirələr aparılıb.  Tədbirin sonunda müzakirədə fəal iştirak edən tələbələrə hədiyyələr verilib.

шаблоны для dle 11.2

Xəbər lenti
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024