Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (21-05-2014, 15:09)
Yevlaxda sular bulanır

Balıq sevdasına düşən isə başçının müavini Namiq Süleymanovdur

 

 
Yevlax rayon icra başşçısı Qoca Səmədov son aylar davamlı olaraq işə çıxmır. İcra başçısının tez-tez istirahətə getməsi və vaxtının çoxunu rayondan keçirməsi isə rayonda müxtəlif şayiələrin yaranmasına səbəb olur. 
Yevlaxdan Mediatv.az daxil olan məlumata görə, icra başçısının işə çıxmamasının arxasında yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı məsələsi durur. İddiaya görə Yevlax icra hakimiyyətinin dəhlizlərində söz söhbət gəzir ki, Qoca Səmədov ya başqa bir rayona icra başçısı gedəcək, ya da vəzifəsi ilə birdəfəlik vidalaşacaq.
Bildirilir ki, icra başçısının qapalı adam olması və bəzi icra başçıları kimi həddini aşmaması, məmurlara qarşı aqresiv olmaması Qoca Səmədov haqqında Yevlaxda  bilinməyən adam imic yaradıb. Amma başçının yumşaq xarakteri yuxarı dairələrdə Qoca Səmədov haqqında heç də müsbət imic yaratmayıb. Belə ki, Yevlaxda bir çox məmur uşaqlarının gecələr aftoşluq,  xuliqanlıq etməsi və icra başçısının həmin məmurlara qarşı sərt tədbir görməməsi də Qoca Səmədovu yuxarı dairələrin gözündən salıb.
Həmçinin Mediatv.az-a daxil olan məlumatda bildirilir ki, Yevlax rayon İxra Hakimiyyəti başçısının müavini, Sosial-İqtisadi İnkşafın Təhlili və Proqnozlaşdırması şöbəsinin müdiri Namiq Süleymanov münasibəti olduğu hakimiyyətyönlü media qurumlarının bölgədə yerləşən nümayəndələrinə davamlı olaraq yaxın aylarda ətraf rayonların birinə icra başçısı təyinatı alacağı barədə bilgildər ötürür. Bölgədə çalışan media nümayəndələri isə öz növbələrində isə həmin məlumatları yaymaqla Namiq Süleymanovun məqsədinə çatmağına yardımçı olurlar.
Əslində isə Mediatv.az-a daxil olan məlumata əsasən Namiq Süleymanovun əsas hədəfi Yevlaxa icra başçısı təyinatı almaq üçün çalışır və bunun üçün müxtəlif əlaqələrini işə salıb. Elə buna görə də Mediatv.az-a daxil olan məlumatda iddia olunur ki,  Namiq Süleymanov icra başçısı Qoca Səmədov haqqında bəzi neqativ informasiyaların dövriyəyə buraxılmasında iştirakçı və maraqlıdır. 
Bildirilir ki, Müstəqim Məmmədovun Tərtərə icra başçısı təyinatından sonra Yevlax şəhərinin və rayonun quruculuq, abadlıq işlərinin aparılması Namiq Süleymanovun nəzarətinə keçib. Buna görə də müavinin gəlir sahələri də hazırda artıb və elə bu üzdən Namiq Süleymanov Yevlaxda tam söz sahibinə çevrilib.
Qeyd edək ki, Namiq Süleymanov  gündəmə 7 ay öncə rayon Yaşıllaşdırma İdarəsinin müdirinin oğlu ilə birlikdə Yevlax şəhərində polis işçilərini döydüyünə, təhqir etdiyinə görə və hüquq mühavizə orqanları tərəfindən 5 saat Polis idarəsində saxlanılmışdı. Həmin insidentdən bir müddət sonra rayon Yaşıllaşdırma İdarəsinin müdiri vəzifəsindən çxıarıldı və icra başçısının müavininədə xəbərdarlıq olunduğu bildirilir.
Qarşı tərəfin mxvqeyini dərc etməyə hazırıq…

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024