Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (14-03-2016, 17:33)
“Aztelekom”da “qara çanta” qalmaqalı

 

 

Məmməd Məmmədovun bütün tender gizlinləri saxlanılan “qutu”nun Zahir Vəliyev tərəfindən gizlədildiyi deyilir 

Mediatv.az xəbər verir ki, “Aztelekom” MMC-yə yeni direktor təyinatından sonra ortaya başqa bir məsələ çıxıb. JAM.AZ xəbər verir ki, bu dəfə əsas məsələ “qara çanta” ilə bağlıdır.

Məlumatda deyilir ki, sabiq direktor Məmməd Məmmədovun bütün tender və obyektləri ilə bağlı informasiyaların cəmləşdiyi həmin “qara çanta”dadır. Və o açılarsa, “Aztelekom”da uzun illərdən bəri baş vermiş dəhşətli yeyintilərin üzərinin açılaca biləcəyi vurğulanır. 

JAM.AZ-a məlumat verən mənbə iddia edir ki, həmin “qara çanta” bir müddət MMC-nin direktorunun səlahiyyətlərini icra edən Zahir Vəliyevdədir. Və onun ələ keçməməsi üçün bir sıra addımlar atılır. Deyilənlərə görə, Vəliyev Məmmədovla çox yaxın olmaqla yanaşı, həm də biznes ortaqları olublar. 

Bu əsnada, Zahir Vəliyevlə bağlı maraqlı məlumatlar da üzə çıxıb. JAM.AZ-ın elektron ünvanına daxil olan məlumatlarda qeyd edilir ki, sözügedən şəxs Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də «Aztelekom»un «qara kassası» kimi də tanınırmış. Vəliyev həmçinin rəhbərlik dəyişsə də, əvvəlcədən yaratdığı şirkətlər vasitəsi ilə dövlət pullarını mənimsəməkdə ittiham olunur.

Məlumatı göndərən şəxs yazır ki, «DataPlus» və «CNC Qlobal» bu qəbildən olan şirkətlərdəndir və ora Zahi Vəliyev oğlu Tariyel Vəliyevi payçı edib. İddia edilir ki, Tariyel Vəliyev atasının hesabına 200 minlik «Galenvagen» markalı maşın sürür. Hətta onun maşınlarının fotolarını da bizə göndərib.

Həmin məlumatda vurğulanır ki, Tariyel Vəliyev ov həvəskarıdır və bu səbəbdən də dövlət büdcəsinin pulu hesabına başqa bir maşına da sahib olub. «Onun başı əyləncələrdən ayrılmır. Atasının hesabına kef məclisləri qurur. «QTelekom» MMC tərəfindən milyonlarla dəyəri olan FO kabel və DSLAM avadanlığını dövlətin balansında olsa da, satıblar».

İşin ən ilginc tərəfi isə Zahir Vəliyevin xüsusi ayamaya sahib olmasıdır. JAM.AZ-a yazan mənbə iddia edir ki, Quba zonasında «Aztelekom»un başında duran sözügedən şəxsi hamı «Qubalı Dollar Zahir» kimi tanıyırlar. «Bu adam Quba zonasında nə qədər savadlı, savadsız qohumları varsa, hamısına rabitə sistemində iş verdirib. Bu azmış kimi, bölgə üzrə yerli şöbələrin rəhbərlərindən də evinin bazarlığını etməsin tələb edir. Qubada 4 mərtəbəli villası var».


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024