Cəmiyyət (30-07-2024, 12:36)
Tanınmış politoloq Ağdamın icra başçısına İSMARIC YOLLADI
Dünən məlumat verərək bildirdik ki, politoloq Elxan Şahinoğlu parlament seçkilərində iştirakını dayandırıb. Dia-az.İnfo bildirir ki, bu barədə açıqlama verən E.Şahinoğlu namizədliyinin qanunsuz olaraq qeydə alınmadığını bəyan edib.
Onun açıqlamasında deyilirdi: "Namizədliyimi qeydə almadılar. Qanuna görə imzalar 7 gün ərzində yoxlanıb cavab verilməli idi. Yeddinci gün, iş gününün bitiminə 30 dəqiqə qalmış zəng edib qeydə alınmadığımı bildirdilər. 3 gün ərzində 500 imza toplamışdıq. Mənə inandıqlarına və dəstək verdiklərinə görə ağdamlılara təşəkkür edirəm!"
Dia-az.İnfo xatırladır ki, Elxan Şahinoğlu 119 saylı Ağdam kənd seçki dairəsində namizədliyini irəli sürmüşdü.
Deyəsən, tanınmış politoloqa qarşı nümayiş olunan haqsızlıq tək bundan ibarət deyil. Bu barədə özü açıqlama verən Elxan Şahinoğlu hətta Ağdamın icra başçısına ismarıc da ünvanlayıb.
Ona qarşı haqsızlığın, ona dəstək verənlərin hədəfə alındığını bildirən politoloq bunları deyib:
"Buradan Ağdam icra hakimiyyətinin başçısına və əməkdaşlarına müraciət edirəm! Seçkiyə qatılmaq qərarı verdiyim və Ağdama gəldiyim ilk gündən Sizin “diqqətinizi” hiss etdim. Diqqət o qədər “böyük” idi ki, növbəti dəfə Quzanlıya gəldiyimdə birinci dəfə qaldığımız Olimpiya Mərkəzində boş yer tapa bilmədik. Qohum və tanışlarıma əziyyət verməmək üçün qayıdıb Bərdədə qaldıq. İndi də eşidirəm ki, mənə dəstək verən ağdamlılar barədə müxtəlif şayiələr yayırlar. Qanunlara hörmət edin, qanunsuzluq edən məmurların Kürdəxanıdakı talelərindən dərs çıxarın! Mən Ağdama hələ çox gələcəm, Sizin və gələcək deputatın fəaliyyətini diqqətlə izləyəcəm".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024