Siyasət (29-03-2021, 17:00)
“Azərbaycan İraq türkmanları ilə bağlı siyasətini aktivləşdirməlidir” - Politoloqdan ÇAĞIRIŞ
“Türkmanların İraqda siyasi rolu artsa, onların mərkəzi hakimiyyətin xarici siyasətinə təsir etmə imkanları yaranacaq”.
Bu fikirləri "Mediatv.az"-a açıqlamasında İraq Türkman Cəbhəsində (İTC) Ərşad Salihinin istefası və yerinə Həsən Turanın seçilməsi ilə yaşanan siyasi hərəkətliliyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlu bildirib ki, sözügedən yerdəyişmə İraqda Türkiyənin nüfuzunun güclənməsinə xidmət edəcək:
“İraqda türkmanların siyasətini gücləndirməyə, təşkilatlanmaya ehtiyac var. Ötən dövrlərin səhvi ondan ibarət oldu ki, türkmanlar təşkilatlanmaq, açıq desək, silahlanmaq üçün Ankara tərəfindən yetərincə dəstəklənmədilər.
Çünki Səddam Hüseyn rejimi onlara təzyiq edirdi. Üstəgəl, şimaldan da silahlı kürdlərin basqısı vardı. Bərzani tərəfdarları Qərbdən kifayət qədər silah yardımı alırdıalr.
Amma Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra bu istiqamətdə müəyyən addımlar atıldı. Düşünürəm ki, bu yerdəyişmə İraqda həm türkmanların rolunu artırmalıdır, həm də Türkiyənin nüfuzunu gücləndirməlidir”.
Politoloq Azərbaycanın da İraq türkmanlarına yönəlik siyasətini aktivləşdirməli olduğunun vacibliyini düşünür:
“Bugünlərdə İraqın müdafiə naziri Ermənistana səfər etmişdi. Soruşan lazımdır, axı İraqla Ermənistanı nə birləşdirir? Halbuki türkmanların İraqda siyasi rolu artsa, onların mərkəzi hakimiyyətin xarici siyasətinə təsir etmə imkanları yaranacaq.
Onda İraq hökuməti risk edib nazirini İrəvana göndərməz. Türkiyə ilə yanaşı, Azərbaycan da İraqda türkmanlarla bağlı siyasətini aktivləşdirməlidir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024