Cəmiyyət (12-12-2023, 17:38)
Bacısı oğlu tanınmış bəstəkarın evini ondan aldı: - “74 yaşlı kişini evdən çıxartdılar”
Tanınmış bəstəkar Sədaqət Arifqızının evini əlindən alıblar. Bu haqda sosial şəbəkədə məlumat yayan bəstəkar evi bacısı Gülər İbrahimovanın əli ilə oğlunun ondan məhkəmə yolu ilə aldığını bildirib.
“Çox sual verirdiniz ki, bacımla, onun oğluyla 7 il gedən məhkəmə işi nə ilə başa çatdı? Məhkəmə çox “obyektiv” bitdi. Qarşı tərəf qalib gəldi, polislər icraçılarla bir yerdə evə daxil oldular. 208 kv.m-lik evi həmin binada 500 kvm-lik evdə yaşayan bacım oğlu zəbt etdi. 74 yaşlı kişini (oğlumun atasını) evdən çıxartdılar. Dedilər bu saat evi boşalt. O da mümkün deyildi. Dolu evi qoyub çıxdı. Təcili tibbi yardım maşını da çağırmışdılar, (onu başa düşmədik nə üçün) kameralarla çəkiliş edirdilər. Anlamadıq bu şou nədən ötəri idi? Adətən evdən haqsız yerə çıxarılan adam kameraya çəkər, amma burada əksinə oldu. Bu oğlumun yeganə evi idi. Əvvəllər Təzə bazarda, Yaşıl bazarda, hal-hazırda Şərq bazarında “çalışan”, məşhur “alim, ekspert”, 7 il günümüzü qara edə-edə, şər, böhtanlar ata-ata arzusuna çatdı. 6-7 evi olan (tələsik öz adından qaynı arvadı, qaynanası, qaynatasının adlarına keçirdiyi) bacımın oğlu Hacı xanım anasının köməyi ilə məhkəməni qazandı. Oğlumun Amerikada olduğundan istifadə edib, başda vəzifəli qohumunun köməkliyi ilə çirkin arzularına çatdılar. Evin qiyməti 450 min manat dəyərindədir. Ali Məhkəmənin qərarı “çox düzgün” oldu. Allahın məhkəməsi necə olacaq? Gözləyək?” deyə o bildirib.
Moderator.az əməkdaşı bəstəkarla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.
“Dəvədən böyük fil var. Qarşıda Konstitutsiya məhkəməsi olacaq, ondan da nəticə əldə etməsək Avropa məhkəməsinə müraciət edəcəyik. Sonuna qədər gedəcəyik. Çünki bu adam ev bizim adımıza ola-ola özünə yalançı sənəd çıxartmışdı. Həmin “kupça”-nı Ali Məhkəmə rədd etdi. Sonra Ali Məhkəmə də yenidən onlara “kupça” verdi. Bilmirəm bu nə deməkdir?!” deyə bəstəkar deyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024