Cəmiyyət (14-01-2015, 18:27)
Söyün Sadıqov Xodorkovskiyə cinayət işi açılmasını tələb edir
Ötən il Azərbaycana dair təxribatçı bəyanatları ilə yadda qalan, qalmaqallı “Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqov Parisdəki terrordan sonra bütün KİV-ləri Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyə çağıran eks-oliqarx Mixail Xodorkovskidən hüquq-mühafizə orqanlarına şikayət edib
Mediatv.AZ xəbər verir ki, virtualaz.org saytı xəbər verir ki, Söyün Sadıqov “Charlie Hebdo” jurnalının redaksiyasına hücuma dolayısı ilə haqq qazandıraraq bildirib:
“Bu hücum müsəlmanların Avropada məhkəmə yoluyla heç cür Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə qadağa qoyulmasına nail ola bilmədiyinin nəticəsidir. Hamı yaxşı bilir ki, Məhəmməd peyğəmbər bütün müsəlmanlar üçün müqəddəsdir. Deməli heç kimin dindarların hisslərinə toxunmaq, peyğəmbəri zarafat və lağ obyektinə çevirmək hüququ yoxdur”.
S.Sadıqov onu da deyib ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun Xodorkovskinin bəyanatının təxribat məqsədi daşıdığı haqda fikirlərinə tam dəstək verir. Çünki Xodorkovskinin məqsədi Rusiyada dinlərarası qarşıdurma yaratmaqdır.
“Onun xaricdəki dostları bilir ki, bu qarşıdurma Rusiyada dağıdıcı prosesləri başlada bilər”- Söyün Sadıqov deyib.
O bildirib ki, Rusiya vətəndaşı olaraq Xodorkovski haqda Rusiya İstintaq Komitəsinə, Baş Prokurorluğa, habelə Federal Təhlükəsizlik Xidmətinə şikayət ərizəsi yazaraq bu şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024