Araşdırma (27-07-2022, 15:29)
Sabiq sədrlə “BAŞ BROKER”Ə “STOP”
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumat görə bir neçə qurum tərəfindən fəaliyyəti ciddi təftiş olunan müəssisələrdən biri də Abşeron Logistika Mərkəzidir. Yoxlamaya səbəb Abşeron Logistika Mərkəzinin törəmə şirkətlərindən olan “Absheron Contaıner” və “Milli Broker” şirkətlərinin fəaliyyətində olan şübhəli məqamlardır.
İddialara görə bu təşkilatlar gömrük rəsmiləşdirilməsi, bəyannamələrin tərtibi və idxal-ixrac əməliyyatlarında saxtakarlığa yol veriblər.
Qeyd edək ki, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevdir.
Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlayıb.
Bu gün yerli mediada yayılan xəbərlərə görə Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin ölkədən çıxışına “stop” qoyulub. Əldə etdiyimiz digər məlumatda isə ölkədən çıxışına qadağa qoyulan şəxslərin arasında broker fəaliyyəti ilə məşğul olan bir neçə şirkətin rəhbərləri də var. Uzun illərdir Azərbaycanda Gömrük sistemində “broker” monopoliyasına rəhbərlik edən Əbülfəz Məlikovun da ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
Xatırladaq ki, DTX-nin Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Ehtiram Xəlilov və Gömrük Xidmətinin əməliyyat və istintaq baş idarəsinin rəisi Məsum Rəsulov həbs ediliblər.