Araşdırma (4-07-2022, 19:44)
Fuad Həziyev haqda iddialar...
Azərbaycan Respublikasının əsas gəlir mənbələrinin başında enerji ehtiyatlarının ixracı dayanır. Ölkənin əsas gəlir mənbəyindən əldə edilən gəlirlərə diqqət edəndə istər-istməz fikirləşirsən ki, bu miqyasda gəlirin qarşısında dövlətin sosial problemləri minimum həddə olmalıdır. Amma, sirr deyil ki, sosial problemlər ölkədaxili narazılıqların başında gəlir. Səbəblər müxtəlif ola bilər, amma əsas gəlir mənbəyindən - enerji satışından əldə olunan gəlirlər sonadək düzgün bölünməyəndə narazılıq da artır.
Bu günlərdə SOCAR-da vəzifə pilləsində bəlkə də 10-cu, 20-ci yeri tutan bir məmurun biznes imperiyası haqqında sosial şəbəkə və KİV-lərdə məlumat yayılanda istər-istəməz Mirzə Cəlil sayağı fikirləşməli olursan ki, görəsən, SOCAR təzhizat idarəsinin rəis müavini olan "diribaş qardaş" bu qədər sərvəti hansı maliyyə əsasında əldə edə bilib? Əgər qeyd edilən idarənin rəis müavini olan Fuad Həziyev adlı şəxs səkkiz ədəd (hələ məlum olanlar bunlardır) müxtəlif təyinatlı MMC-nin, 2021-ci ildən birbaşa təsisçisi olduğu “Baku-Spirits” alkoqol məhsulları istehsal edən şirkətin, 2013-cü ildən həyat yoldaşının təsisçi və direktoru olduğu İsmayıllı rayonundakı Kürdmaşı şərab zavodunun sahibidirsə, əlbəttə neftdən, qazdan gələn pulların əhaliyə çatmaması xüsusi təəccüb yaratmamalıdır. Gəliri milyardlarla hesablanan bir dövlət şirkətinin idarə rəisinin müavini olan Fuad Həziyevin bu qədər sərvətə sahib olması onu göstərir ki, məmur nərdivanında yüksəkdə olmayan biri bu qədər imkanlara malikdirsə, gör daha nələr var və sosial gərginliyin yaranmasının səbəblərini də, yeri gələndə bu anormal durumda axtarmaq lazımdır.
Həyat yoldaşı Aytən Telman qızı Əzizovanın adına olan Kürdmaşı şərab zavodunun gəlirlərindən ruhlanan Fuad Həziyev, alkoqollu içkilər istehsalını genişləndirməyi qərara alır və keçən ildən başlayaraq “Baku-Spirits” spirtli içkilər istehsal edən müəssisəni işə salır. ABSOLUTE ORGANIC, ORGANIC NATION, HAYAT VODKA, BLACK SCORPION, BUSINESS LINE, ABSOLUTE VODKA, ABSOLUTE CLASSIC, ВАКЦИНА, ЗЕРО çeşidli araq məhsulları son vaxtlar marketlərin bölmələrində xüsusi yer tutur. Görəsən, Fuad Həziyev (Təsisçisi və direktor) SOCAR-dakı işi ilə daha çox məşğuldur, yoxsa alkoqollu içkilər istehsalı ilə? Görünür, elə buna görə F. Həziyevə "SOCAR-ın Mendeleyevi" ləqəbi təsadüfi verilməyib. İstənilən biznesin mayası olmalıdır. Görəsən, “Baku-Spirits”-in mayası hardandır? SOCAR-danmı?
Sonra da deyirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında şəhid ailələri, qazilər niyə etiraz edirlər. Ölkədəki sosial etirazların səbəbləri bizim bir dövlət olaraq əsas gəlir mənbəyimizdən əldə olunanların bəzi məmurlar tərəfindən mənimsənilməsində, fırıldaqçı maliyyə manevrlərindədir.
Fuad Həziyev tipli məmurların əməlləri sonadək yoxlanılsa (mediada yayılan məlumatlarından məlum olur ki, bu istiqamətdə müəyyən fəaliyyət başlayıb) çox kölgəli işlərin üstünə işıq düşər. Ümid edək ki, əyri işlərin üzərinə düşən işıqdan həm dövlət, həm vətəndaş xeyir tapacaq. //reytinq.az//

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024