Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (8-09-2021, 09:56)
"Subsidiyalar sahibkarlara deyil, məmur sahibkarlığına xidmət edir"

 




2022-ci ildən Azərbaycanın azad edilmiş ərazilərində işləyən fermerlərə əkin üçün birdəfəlik subsidiyalar veriləcək. Bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib. Onun sözlərinə görə, Ağdam, Füzuli, Xocavənd, Qubadlı və Zəngilanda salınan üzümlüyün hər hektarı üçün sahibkara 8 min manat məbləğində birdəfəlik subsidiya veriləcək: "Eyni zamanda üzümlüklərə görə subsidiya mexanizmi Ağsu, Cəlilabad, İsmayıllı, Qəbələ, Qobustan, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarında işləyən fermerlərə də şamil olunacaq". Qeyd edək ki, torpağın aqrokimyəvi analizinin nəticələrini "Elektron kənd təsərrüfatı" (EKTIS) məlumat sisteminə daxil etməyən sahibkarlara səpin üçün subsidiyalar ödənilməyəcək.

Azərbaycan hökumətinin bu tipli subsidiyalaşma ilə bağlı olan addımlarına münasibətinin mənfi olduğunu deyən iqtisadçı-ekspert Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında bildirib ki, təcrübə göstərir ki, bütün bunların hamısı sonda mənimsəmələrə gətirib çıxardır. Ekspert qeyd edib ki, vəsait verilsə belə onlar real sahibkarlığa deyil, məmur sahibkarlığına xidmət edir:

"Büdcə vasitəsilə subsidiyalaşmanın şəffaf olmadığı təqdirdə təbii ki, onların əleyhinəyəm. Ümumiyyətlə, subsidiya və müxtəlif güzəştlər dünya praktikasında mövcuddur. Ancaq illər boyu Azərbaycanda təqdim olunan subsidiyalar məhsuldarlığa görə deyil, daha çox əkin sahəsinin həcminə görə verilirdi.

Təcrübə onu göstərdi ki, aqrolizinq vasitəsilə, eyni zamanda kənd təsərrüfatının inkişafı üçün yaradılmış müxtəlif kredit təşkilatları vasitəsilə verilən subsidiyalar nəticə etibarilə Azərbaycanın xarici istehsalçılardan asılılığını azaltmadı. Həmçinin, bu, zaman-zaman həm Hesablama Palatasının, həm də Maliyyə Nazirliyinin birgə vəsaitlərinin mənimsənilməsi faktlarını ortaya qoydu. Son illər ərzində ölkənin kənd təsərrüfatına subsidiyalar adı altında milyardlarla vəsait verilib. Aqrolizinq vasitəsilə, yəni ən azı 10 milyard vəsait xərclənib. Amma yenə də problemlər qalmaqdadır.

Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları mərkəzi icra hakimiyyəti orqanları ilə birgə illər boyu taxıl sahələrinin şişirdilməsi prosesi gedib, kağız üzərindəki olan sahələrdə.

Ancaq ölkədə idxaldan asılılıq azalmamışdı. Dediyim kimi, ildə milyon yarım ton ərzaq buğdası ölkəyə idxal olunur. Bu, örnək misallardan olduğuna görə bunu çəkirəm. İndi isə bəllidir ki, işğaldan azad olunmuş bölgələrə hələ əhali yerləşdirilməyib və pay torpaqları insanlara verilmir. Görünən odur ki, burda da məmur sahibkarlarına aid olan şirkətlər bu subsidiyaları almaq üçün "yarışacaq"lar. Yenə də məmur sahibkarları qazanacaq".

İqtisadçı hesab edir ki, bu subsidiyaların əvəzinə kənd təsərrüfatı ilə məşğul olan fermerlərə və şirkətlərə güzəştli şərtlərlə kredit vermək daha məqsədəuyğundur:

"Bunun bütün dünyada örnəkləri var, mexanizmləri mövcuddur. Əvəzsiz verilən vəsait istənilən halda dediyimiz geri qaytarılmayan və məsuliyyətsiz addımlardır. Bu, mənimsəmələrə gətirib çıxarır. Necə ki, vaxtilə Sahibkarlara Kömək Milli Fondu vasitəsilə verilən kreditlər prioritet sahələrə yox, böyük şirkətlərə, holdinqlərə ayrıldı. Real sahibkarlara isə 10-15 min vəsait ayrılaraq onu televiziyalarda müxtəlif yerlərdə reklam etdirdilər. Ona görə də Azərbaycan hökumətinin bu tipli addımlarına, yəni subsidiyalaşma ilə bağlı olan addımlarına münasibətim mənfidir. Bu, heç bir halda real sahibkarlığa xidmət etmir".
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024