Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (4-05-2021, 11:26)
Cavid Qurbanov kimi day-dayın varsa... KEF ELƏ

Cavid Qurbanov kimi day-dayın varsa... KEF ELƏ...
Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeçiliyində olan 58 saylı tam orta məktəbinin direktoru Malik Mustafayevə kənar təsirlərdən və qanun aliliyindən qorunmaq üçün xüsusi ölçülü "zireh" geyindirilib. Direktor vəzifəyə təyin olunduğu cəmi iki illik müddət ərzində mövcud təhsil normaları ilə və qanunvericiliyin tələblərilə bir araya sığışmayan özbaşına və laqeyid davranışları ilə ad çıxarıb, lakin O, özünü cəzasız saxlamaq bacarığı ilə bütün məktəb kollektivini mat-məəttəl qoyub.

"Demokratik.Az"-ın redaksiyasına bu barədə daxil olan məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi və TN-nin 8 saylı Maliyyə Hesablaşma Mərkəzi cari ilin əvvəlindən bir çox şikayətlər əsasında Kəlbəcər rayon 58 saylı tam orta məktəbinin direktoru Malik Mustafayevin nöqsanlarını tam sübuta yetirsə də direktor heç bir məsuliyyətə cəlb edilməyib. Belə ki, araşdırmalarla müəyyən edilib ki, direktor məktəbdə bütün fənlər üzrə dərs bölgüsü zamanı təhsil təlimatını bilərəkdən pozub, ehtiyac olduğu halda qeyri-ixtisas müəllimlərinin pərakəndə dərs tədrislərinin qarşısını almayıb. Nəticədə direktorun bir neçə fənn üzrə 7 vakansiya elanını nazirlikdən gizlətdiyi rəsmi qənaətlərlə ifşa edilib. Xoşbəxtlikdən, nazirlik 7 vakansiya elan etdikdən sonra "müəllimlərin işə qəbulu üzrə" müsabiqənin 3 qalibi yeni müəllimlər qismində sözügedən məktəbə göndəriliblər.

Cavid Qurbanov kimi day-dayın varsa... KEF ELƏ...

Aldığımız səhih bilgilərdə o da qeyd edilir ki, direktor texniki işçilərə münasibətdə də anarxiya mühiti qurub. Cari tədris ili də daxil, məktəbdə elə texniki işçilər var ki, məktəbə ayda-ildə bir dəfə də olsun gəlmirlər. Direktorun 60 yaşlı katibəsi isə əlillik pensiyası almaqla, özünün də etiraf etdiyi kimi adi latın əlifbasını belə bilmədən, yazmağı və bilgisayarı açmağı da bacarmadan havayıca maaş alır. Kollektivdə bir çoxu direktor Malik Mustafayevin hətta öz həyat yoldaşının da adını rəhbəri olduğu məktəbə işçi kimi yazdırmasını normal hal kimi qəbul etmir və bunu da bəlkə də haqlı əsaslarla yalnız maddi maraq adlandırırlar.

Sadalananlarla bağlı 58 saylı Kəlbəcər tam orta məktəbinin direktoru Malik Mustafayevdən açıqlama almaq üçün sözügedən məktəbdə də olduq. Lakin, direktor normal və mahiyyəti üzrə açıqlama vermək əvəzinə, "Demokratik.Az" saytına özünü Cavid Qurbanovun, Kəlbəcərin millətvəkili Aqil Məmmədovun və Kəlbəcərin icra başçısı Azər Qocayevin yaxını kimi təqdim edərək xüsusi şəkildə "XOX" gəlməyə çalışdı. Bərbad duruma saldığı tədrisdən yox, özünün güclü day-daylarından bəhs etdi. Cavid Qurbanovu və deputat Aqil Məmmədovu dəstəklədiyinə görə "toxunulmaz" olduğunu qabartdı. Təbii ki, inzibati qurumların özünə münasibəti dediyi məntiqlə üst-üstə düşsə də, şəxsimizə qarşı belə bir direktorun hədə-qorxu niyyəti qursağında qaldı.

Təəssüf edirik ki, ölkə təhsili hələ də hansısa "TOPAZ" azarkeşinin, gəncliyində 200 dollara görə öz dinini belə dəyişməyə qadir olan hansısa deputatın himayəsilə məktəblərə direktorluq edən Malik Mustafayev kimilərinin əlində girinc qalıb. Amma inanaq ki, islahatçı nazir Emin Əmrullayev bari bu girinci çözəcək...
Osman Nərimanoğlu
Demokratik.Az

Cavid Qurbanov kimi day-dayın varsa... KEF ELƏ...
Cavid Qurbanov kimi day-dayın varsa... KEF ELƏ...
Cavid Qurbanov kimi day-dayın varsa... KEF ELƏ...
Cavid Qurbanov kimi day-dayın varsa... KEF ELƏ...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024