Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (28-08-2020, 09:03)
Səfər Mehdiyev karqolar vasitəsilə NƏ QƏDƏR OĞURLAYIR?!!

 
"Bir necə gün əvvəl 2019 –cu ilin əvvəli Nazirlər Kabinetinin 305 saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhəddindən keçirilməsi “ qaydasına dəyişiklik edilməsi haqqinda Qərar layihəsinin Səfər Mehdiyevin imzası ilə Nazirlər Kabinetinə göndərildiyi haqqinda məqalə verilmişdi: http://www.dia.az/9/258491-sefer-mehdiyev-dovlete-qarsh-nece-gedr.html" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məqalədə bildirilir: "Bu gün əl yükü gətirildikdə 1500 dollardan 800 dollara, Poçt göndərişinin 1000 dollardan 300 dollara endirilməsi xalqın böyük narazılığına səbəb olub. Amma xatırladırıq kı, 2019 cu ilin əvvəlində Səfər Mehdiyevin imzası ilə Nazirlər Kabinetinə göndərilən həmin Qarar layihəsində ümumiyyətlə, elektron ticarətin ləgv edilməsi tələb olunurdu. Təkrar edirik, həmin dövrdə Nazirlər Kabineti şöbə rəisi Ağadayı müəllimin yaninda iclas olub, İclasda Rabitə və YTN , Vergilər Nazirliyi Gömrük komitəsi nümayəndələrinin iştirak edib. İclasda Ağadayı müəllim deyib ki dünya elektron ticarətə keçib, bunu ləgv eləmək olmaz, mən özüm elektron ticarətdən istifadə edirəm.

Hətta həmin qərar layihəsində çox gülməli, məntiqsiz bir neçə təkliflər vardı və onları ötən məqalədə qeyd etmişdik.

Hazırda həmin qərarın qəbul edilməsinə DGK büdcənin doldurulmasını əsas gətirir. Biz isə vaxtımızı ayırıb hörmətli DGK sədrinə büdcənin doldurulması yollarını açıqlayırıq. Yəni xalqı narazı salan qərarlara baş vurmaqdansa, bunları etmək daha doğrusudur:

Azərbaycanda bir necə karqo var:

1. İran,
2. Türkiyə ,
3. Çin,
4. Dubay,
5. Pakistan,
6. Rusiya...

İran karqosundan 40000 manat, Türkiyə trikotaj karqosundan isə 70000-120000 manat dövlətə pul ödənilir. Əgər İrana rəsmi heç bir pul köçürməsi edilmirsə, bu karqo hardan yarandı və onlarin invoysları harda yazılır? Türkiyədən gələn trikotaj karqonun dəyəri 500000-800000 dollar civarındadır.

Dəyəri 500000 dollar olduqda 36% vergisi 180000 dollar 1/1.7 kursla 306000 manat

Dəyəri 800000 dollar olduqda 36 % vergisi 288000 dollar 1/1.7 kursla 489600 manat

Bəs necə olur ki siz Türkiyə karqosundan 70000-120000 ödəniş olunur?

1. Ödənilr orta hesabla (70000+12000/2=95000) 95000 manat

2. Ödənilməlidir orta hesabla (306000+489600/2=397800) 397800 manat

3. Fərq 397800 -95000 = 302800 manat Ayda 70-80 Türkiyə karqosu olur 302800*75=22 710 000 manat.

Onu da vursaq, 12 aya 22710000*12=272 520 000 manat.

Təkcə Türkiyə karqosu 272 milyon 520 min manat bir ildə dövlət büdcənin pulu mənimsənilir.

Türkiyə karqosunda malın dəyəri 500000-800000 dollar olduğu halda İnvoyslar yolda dəyişdirilir. Bütün içindəki malın çeşidləri dəyişdirilir. Hətta elə olur ki malın sayı yarıbayarı azaldılır ki qiyməti çox da ucuz görsənməsin.

Bir az Rusiya karqosu vergiyə uygun gəlir. Qalan Dübaydan gələn bahalı elektrik malları karqosu, Çin karqo, İran və Pakistandan gələn karqoları cəmləsək milyardı keçir. Büdcənin pulu burdadı: milyard... milyard...

Qara camaatın əlində gətirdiyi əl sumkasından vergi almaqla nə büdcə dolacaq???

Tarif Haqqinda qanuna görə gömrük Rüsumu dərəcələrinin 3 növü var:

Maddə 4. Gömrük rüsumu dərəcələrinin növləri

4.1. Azərbaycan Respublikasında gömrük rüsumu dərəcələrinin aşağıdakı növləri tətbiq edilir:

4.1.1. advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan;

4.1.2. spesifik - mal vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan;

4.1.3. kombinə edilmiş - yuxarıda göstərilən hər iki növün birləşdirilməsi yolu ilə hesablanan.

Burada advalor invoys qiymətinin faizlə, Spesifik dedikdə məsələn qızılın qrami 30 manat, arağın litri 2 dollar, Kombinə edilmiş dedikdə kafelin qiymətinin 15% ancaq kvadratına 2 dollardan az olmamaqla. Bunu nümunə kimi misal çəkdik...

Amma Səfər Mehdiyevin özünün yazılmamış “Tarif Qərarı! var. Məsələn, İrandan gələn bütün karqolar 40000 manat. Türkiyədən kim mebel gətirsə, 21000 manat. Bu gün 1 dollar 8 lirədir. Tam qanunu E-Faktura ilə mal gətirsən, yenə xeyri yoxdu... qiymətini qaldırıllar ki vergi çox tutulsun. Amma nədəndirsə milyonları mənimsəyən bu karqo şirkətlərinə heç kim toxuna bilməz.

Necə olur ki başqası mal gətirəndə original invoysu qəbul edilmir, "get qiyməti qaldır" deyilir... Amma trikotaj Türkiyə karqosu 500000-800000 dollar qiyməti olan malin invoysu sərhəddə dəyişdirilir, 115000-195000 dollar yazılır və dərhal da buraxılır...

Əgər Səfər Mehdiyev büdcəni doldurmaq istəyirsə, birinci növbətə karqonu qanunu sənədləşdirsin, ikincisi, gömrükdə tüğyan edən qohumlarının monapolyasını yığışdırsın.

Cənab Səfər Mehdiyev, budurmu islahat???"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

QEYD: Növbəti yazımızda Səfər Mehdiyevin DGK-də 17 il əvvəl yaratdığı bir “uçurumdam” yazacağıq... Bizi izləməyə davam edin...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024