Araşdırma (22-08-2020, 08:35)
Kreml keçmiş sovet məkanında itirə-itirə gedir... - TƏHLİL
Belarusda seçkisonrası baş verən proseslərə Rusiyanın sərgilədiyi mövqe çoxlarını maraqlandırır. Aleksandr Lukaşenkonun vaxtaşırı rusiyalı həmkarı ilə telefon əlaqəsi saxlaması hakimiyyətin Moskvadan dəstək aldığı ehtimalını yaratsa da, Rusiyanın bəzi addımları və davranışları fərqli qənaət yaradır. Kreml hazırda Belarus hakimiyyətinə hərbi kömək göstərməyə ehtiyac duymadığını bəyan edib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə “Rossiya” telekanalına müsahibəsində Belarusa qonşu olan ölkələrin addımlarını tənqid edib. “Hazırda Avropa paytaxtlarından, ilk növbədə Litva, Estoniya, Polşa, eləcə də Avropa Parlamentindən eşitdiklərimiz Lukaşenko, insan haqları və demokratiya haqqında deyil. Yenə hər şey geosiyasət barədədir. Həmin o qaydalar - hansı ki, Qərbdəki tərəfdaşlarımız bizim qitədə və dünyanın digər həssələrində gündəlik həyata tətbiq etmək istəyirlər - onlardan söhbət gedir. Heç kim gizlətmir ki, söhbət postsovet məkanı uğrunda mübarizədən gedir. Biz bu mübarizəni Sovet İttifaqı dağıldıqdan sonrakı mərhələlərdə gördük. Sonuncu nümunə, əlbəttə ki, Ukraynadır”. Paralel olaraq Lavrov Belarusdakı seçkilərin ideal olmadığını da xüsusi vurğulayıb ki, bu mövqe də Lukaşenkonun 80 faizlik nəticəsini şübhə altına qoyur.
Ümumilikdə Rusiyanın baş diplomatının dediklərindən belə aydın olur ki, Belorusda postsovet məkanı uğrunda mübarizə gedir. Yaxın illərin təcrübəsindən çıxış edərək deyə bilərik ki, Rusiya Qərblə postsovet məkanı uğrunda mübarizədə keçmiş sovet respublikalarını - Baltikyanı istisna olmaqla - yalnız müharibə ilə güzəştə gedir. Sonuncuda biz bunu Ukrayna təcrübəsində gördük. S.Lavrovun sözlərindən ortaya çıxan qənaət budur: Moskva Belarusu asanlıq əldən verməyəcək, bundan sonra digər MDB respublikalarına da nəzarəti hər vəchlə saxlayacaq.
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bu mövzuda “Yeni Müsavat”a maraqlı fikirlər söylədi:
- Rusiyanın xarici siyasətində qəribə bir vəziyyət yaranıb: “Adətən hansısa proqnoz vermək üçün hansısa tərəfin maraqları hesablanır. Amma Rusiyanın mövqeyini, maraqlarını bu və ya digər şəkildə təhlil edəndə görürsən ki, nəticə tam əksinədir. Ukrayna məsələsində də bəyanatlar bir istiqamətdə olmuşdu. Amma nəticə tam əksinə oldu. 2014-cü il hadisələrindən sonra, demək olar ki, Ukrayna əhalisinin tam əksəriyyəti Qərb və NATO ilə inteqrasiya tərəfdarı kimi çıxış etdi. Amma 2014-cü ilə qədər hesablamalar göstərirdi ki, Qərbyönümlü siyasətin tərəfdarları təxminən 30-40 faiz civarındadır. Bu da konkret siyasətin nəticəsidir. Yaxud Gürcüstanı götürsək, Rusiya ilə normal münasibətlər var idi. Hətta hansısa mərhələdə münasibətlərin bərpası üçün addımlar atılırdı. Nəticədə biz görürük ki, tam Qərbyönlü siyasət həyata keçirilir. Ölkələrin əhalisi də bu siyasəti dəstəkləyir. Bu da onu göstərir ki, Rusiyanın xarici siyasətinin bəyan olunan nəticələri tam əksinə olur. İndi Cənubi Qafqazı da götürsək, həmin vəziyyətin yarandığını görəcəyik. Məsələn, Ermənistanla əlaqədar olaraq. Bəllidir ki, həm cəmiyyət, həm siyasi elita Qərbyönümlü siyasətin tərəfdarlarıdır. Yəni bu vəziyyətdə ağıllı siyasət nədən ibarət olmalıdır? Cənubi Qafqazda hansısa dayaqlarını saxlamaq üçün heç olmasa Azərbaycanla əlaqələri qoruyub-saxlamaq cəhdləri olmalıdır. Amma görəcəyik ki, tam əksinə baş verir. Bunun nəticəsində həm Ermənistanı itirəcəklər, həm də Azərbaycanı. Yəni belə təəssürat yaranır ki, bu səhvlərə həmin o nəticəni əldə etmək üçün şüurlu şəkildə yol verilir. Mən inanmıram ki, Rusiyada normal siyasəti formalaşdırmaq, öz məqsədlərinə nail olmaq üçün yetərincə ağıllı insan yoxdur. Təəssüflər olsun, hansısa proseslər gedir ki, tam əksinə baş verir. Kiminlə normal münasibətlər var idisə, onunla süni şəkildə böhranlar yaradılır. Rusiya üçün Belarusdan yaxın olan ölkə yox idi. Amma bu ölkə ilə əlaqələrində də hələ seçkilərdən qabaq nə qədər problemlər yaradıldı. Qarşılıqlı ittihamlar və sair məsələlər ortaya çıxdı. Ona görə də biz bu bəyanatları çox eşitmişik. Amma real siyasət tam əksini təşkil edəcək. Çünki artıq illərdir biz bu cür vəziyyəti müşahidə edirik.
- Tofiq bəy, belə olan durumda Belarus əldən çıxacaqmı, yoxsa Rusiya Qərbin bu ölkədə oturuşmasına imkan verməcəyək?
- Qəribə vəziyyətdir. İndi Qərbdən danışırlar. Amma müxalifətin əsas dayaqları Rusiyadadır. Deyirlər ki, Svetlana Tixanovskaya guya məşhur blogerdir. Amma iki ay bundan əvvəl onun barəsində heç elə məlumat yox idi. Üstəlik, onun əri uzun müddət Moskvada işləyib. Bu mənada belə görünür ki, elə bil hadisələr Rusiyadan idarə olunur və hansısa mərhələdə Qərb ona dəstək verməyə başlayıb. Şəxsən mən perspektivlərə çox pessimistik baxıram ki, Rusiyanın Lavrovun bəyan etdiyi hədəflərə nail olması ehtimalı çox azdır.
- Ola bilərmi ki, Rusiya Nikol Paşinyan kimi, Lukaşenkonu da müəyyən qədər yerində oturtmaq, mərkəzdənqaçma meyillərinin qarşısını almaq üçün oyun oynayır, hansısa proseslərə rəvac verib?
- Bu taktika heç bir nəticə vermir. Ondan qabaq Ukraynaya bu və ya digər şəkildə təzyiqlər edirdilər. Hər yeni ildə qazın verilib-verilməməsi söhbəti ortaya çıxırdı, bu, bir ənənəyə çevrilmişdi. Elə addımlar atılır ki, istər-istəməz Rusiyaya qarşı hansısa müsbət münasibətdə olan insanların da münasibəti dəyişir. Elə bil ki, münasibətləri süni şəkildə pisləşdirirlər. Hər il Ukraynanın qazının kəsilməsi nə demək idi ki? Təbii ki, hər bir insana bu və ya digər şəkildə təsir edən məsələ idi. Bəyanatlar, guya ki, nüfuzun artırılmasına, Rusiyaya yaxınlaşmağa yönəlib, amma əksinə, real addımlar yaxın olan ölkələri uzaqlaşdırmağa xidmət edir.
- Belarus da Rusiyadan uzaqlaşacaq, eləmi?
- Belarus da göz qabağındadır. Bəyanatlar bir yana, biz başa düşürük ki, mətbuat bu və ya digər şəkildə Rusiyadan idarə olunur. Amma hamısı Lukaşenkoya qarşı yazırlar. Təsadüfdürmü? Yox.
- Belə qənaətə gəlmək olarmı ki, hədəf Lukaşenkonun dəyişdirilməsidir, amma Rusiya Belarusu əlindən buraxmayacaq?
- Hədəf Lukaşenkonun dəyişdirilməsidir və hesab edirəm bu hadisələr ona gətirib çıxaracaq ki, Belarus Rusiyadan uzaqlaşacaq. Yəni Lukaşenkoda olan yaxınlaşma ki var idi, artıq o, qayıtmayacaq. Real məqsəd budursa, onda buna nail olacaqlar. Eyni vəziyyət həm də Ermənistanladır. Ermənilərin qərbyönümlü siyasəti heç də Paşinyan tərəfindən icad olunmayıb. Bundan əvvəl baş verən proses idi. Elə Sarkisyanın vaxtında sazişə imza atmasına icazə vermirdilər, sonra qol çəkdi. Yəni uzaqlaşma təbii prosesdir. Rusiya deyir ki, yaxınlaşma olsun, dominant rol oynasın. Dominant olmaq üçün ya iqtisadi imkanların olmalıdır, ya da ideologiyan. Nə bu var, nə də o birisi. Sovetlərin vaxtında kommunizm ideologiyasından danışıblar, onun təzyiqi altında bu məkanı bir çətir altına yığıblar. Amma indi ideologiya da yoxdur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024