Araşdırma (2-02-2019, 17:44)
Ərdoğan Maduronu niyə müdafiə edir? - TƏHLİL
“Ərdoğanın Maduronu müdafiə etməsi Türkiyənin əsas dəyərlərindən imtina etməsi və avtoritar idarəetmə üsuluna keçməsi və yaxud da ki, İslam fundamentalizmi dəyərlərinə daha çox üstünlük verməsinə başlaması ilə əlaqəli deyil”.
Bu sözləri politoloq Qabil Hüseynli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Venesuelada yaranmış vəziyyəti və Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Nikolas Maduronu dəstəkləmə səbəbini PİA.az-a şərh edərkən bildirib.
Venesuelada siyasi böhran və iki hakimiyyətlilik davam edir. Və Suriyada olduğu kimi dünyanın aparıcı dövlətləri Venesuelada da iki cəbhədə yer alıblar. ABŞ başda olmaqla Qərbin aparıcı demokratik dövlətləri, Latın Amerikanın əksəriyyət dövlətləri bir müddət əvvəl müxalif siyasətçi, Venesula parlamentinin sədri Xuan Quaidonun müvəqqəti prezidentliyini tanısalar da, Rusiya Çin, Türkiyə və bir sıra başqa ölkələr Nikolas Maduronu legitim hakimiyyət olaraq tanımaqdadır.
Qeyd edək ki, Venesuela dünyanın ən zəngin neft və digər təbii sərvətlərin ilə bol ölkələrindən biri olsa da, Nikolas Maduronun hakimiyyəti dşnəmində səfalətin ağuşuna yuvarlanıb. Son bir neçə ildə bu ölkənin milli valyutası 1 milyon 700 faiz devalvasiyaya uğrayıb. Əhali aclıq həddində və səfalət içində yaşamaqdadır. İki ilə yaxındır ki, Venesuelada etiraz aksiyaları davam edir və 3 milyondan artıq insan qonşu Kolumbiyaya qaçıb. Bütün bunlara baxmayaraq Nikolas Maduro ordunun dəstəyinə arxalanaraq istefa verməkdən imtina edir. Onun əsas xarici dəstəkçiləri isə bu ölkəyə külli miqdarda sərmayə qoyan Çin və Rusiyadır. Maduronun dəstəkçiləri arasında Türkiyənin də ter alması isə Qərb dünyasında bir mənalı qarşılanmır.
Yayılan məlumatlara görə Vaşinqton Türkiyənin Venesuela ilə siyasi və iqtisadi əlaqələrini diqqətlə izləməkdədir. Venesuelaya, daha doğrusu Maduro hakimiyyətinə qarşı tətbiq olunan sanksiyaların Türkiyə tərəfindən pozulduğu halda ABŞ-ın Türkiyəyə qarşı da sanksiya tətbiq edəcəyi də istisna olunmur. Fevralın 1-də ABŞ-ın maliyyə nazirinin müavini Marşall Billinqsli Venesuela məsələsini müzakirə etmək üçün Ankaraya gəlib. Marşall Billinqsli Ankaraya gəlməmişdən əvvəl bildirib ki, onlar Türkiyə-venesuela əlaqələrini diqqətlə izləyirlər. “Əgər tətbiq olunan sanksiyaların pozulduğunu görərsək, onda tədbir görəcəyik, deyə ABŞ rəsmisi bildirib”.
Qeyd edək ki, ötən il Türkiyə Venesuladan 900 milyon dəyərində 23, 63 ton qızıl alıb.
Mətbuatda yayılan xəbərlərə görə, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan həmkarı Nikolas Maduroya ölkədə yaşanan siyasi böhran ölkə daxilindən və xaricindən gələn istefa çağırışlarına qarşı möhkəm dayanmağa çağırıb. Hətta Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter”də yazıb ki, Ərdoğan Maduro ilə telefon danışığı zamanı ona, “Maduro, qardaş, möhkəm dayan. Türkiyə səninlədir”, deyib.
Hazırda Ərdoğanın mövqeyi dünyanın demokrtaik düşərgəsində də ciddi tənqidlərə məruq qalır. Türkiyənin bütün məsələrdə Rusiyanın yürütdüyü siyasi xətti dəstəkləməsi nəylə bağlıdır? Demək olarmı ki, artıq Ərdoğan höküməti demokratik Qərb dünyası ilə strateji əlaqələrini qoparır və avtoritar rejimlərlə strateji əməkdaşlığa önəm verir?
Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.
Ərdoğanın Maduronu müdafiə etməsini Türkiyənin siyasi manevri kimi dəyərləndirən Qabil Hüseynli hesab edir ki, Ərdoğanln hazırda sərgilədiyi siyasət Türkiyənin dövlət maraqlarına xidmət edən addımdır və sadəcə olaraq müvəqqəti xarakter daşıyır. Politoloq Ərdoğanın uzun müddət Maduro kimi anti-demokratik siyasətçini müdafiə edəcəyinə inanmadığını bildirib:
“Venesuelada siyasi böhran davam edir. Maduro hələ ki, təslim olmaq fikrində olmadığını nümayiş etdirir. Xalqın nümayəndəsi Xuan Quaido artıq xalqa sədaqət andı içərək özünü prezident elan edib və dünyanın aparıcı dövlətləri tərəfindən də tanınıb. Maduronu müdafiə edən Rusiya, Çin və Türkiyədir. Türkiyə müsəlman dünyasında ən inkişaf etmiş demokratik siyasi sistemə və demokratik dəyərlərə malik olan ölkədir. Bu ölkə demək olar ki, Qərb sivilizasiyası ilə iç-içə yaşamaqdadır və Türkiyəni bu demokratik dəyərlərdən aralı tutmaq mümkünsüz görünür.
Hazırda Ərdoğan Maduronu müdafiə edir və bu müdafiə başa düşülən deyil. Həmçinin Türkiyə prezidentinin bu mövqeyi demokratik türk cəmiyyətinin fundamental dəyərləri ilə üst-üstə düşmür. Lakin Ərdoğanın Maduronu müdafiə etməsi Türkiyənin əsas dəyərlərindən imtina etməsi və avtoritar idarəetmə üsuluna keçməsi və yaxud da ki, İslam fundamentalizmi dəyərlərinə daha çox üstünlük verməsinə başlaması ilə əlaqəli deyil.
Türkiyə cəmiyyətinin ciddi siyasi immuniteti var və bunun sayəsində türk cəmiyyəti avtoritar vərdişlərin və ya islam fundamentalizminə söykənən baxışların təbliğinə və bunların ictimai şüura çevrilməsinə imkan verməyəcək. Türkiyə öz demokratik dəyərləri üzərində inkşaf etməkdədir və belə də davam edəcək.
Məncə, Ərdoğanın Maduronu müdafiə etməsi Türkiyənin siyasi manevridir və burada Rusiyanın təlqinlərinin də müəyyən rolu var. Həmçinin Türkiyə özünün bəlli bir siyasi hədəflərini gerçəkləşdirmək üçün bu siyasi manevrə getmək məcburiyyətində qalıb. Hər şeydən əvvəl Türkiyə Suriyada ittifaq içində olduğu Rusiya ilə Venesula məsələsində fikir ayrılığına gedib qarşı-qarşıya gəlmək istəmir. Bu Türkiyənin Suriya siyasətinə ziyan vura bilər.
Amma mən inanmıram ki, Ərdoğan uzun müddət Maduro kimi anti-demokratik şəxsləri müdafiə etməkdə davam etsin. Ərdoğanln hazırda sərgilədiyi siyasət Türkiyənin dövlət maraqlarına xidmət edən addımdır və sadəcə olaraq müvəqqəti xarakter daşıyır. Hesab edirəm ki, Venesuelada sular durulandan, daha doğrusu Maduronun taleyinə müəyyən aydınlıq gəldikdən sonra Türkiyə yeni höküməti dəstəkləyəcək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024