Araşdırma (28-12-2022, 16:23)
AZƏRTAC-a NİYƏ ƏL GƏZDİRİLDİ?..
2023-cü il başa çatır. İlin son günü bayramdı, Azərbaycanlılar üçün ikiqat. Həmrəylik günümüz də var. Yeni ili və həmrəylik günümüzü o qədər də xoş ovqatla qarşılaya bilmirik. Buna səbəb böyük mənada problemlərimizin bir çoxunun yerində saymasıdı yəqin. Əlbəttə, bahalaşma, imkansızlıq qayğıların çevrəsini genişləndirsə də, yenə də başda Qarabağdı. Ordumuzun qüdrəti, tökülən qanlarımızın və tökdüyümüz qanların sonucu olaraq qayıtdığımız Vətən torpaqlarında büsbütün mövcudluğumuzun – QANUNİ və TARİXİ HAQQIMIZIN tam bərqərar olunmasının mübarizəsini davam etdiririk. Budəfəki mübarizəmiz sonuncu Vətən – Zəfər savaşımıza qədər olan 27 illik zamandan fərqlidi bir az. Amma fərqlənməyən mübarizə subyektlərimizin dəyişməzliyidi…
…Həmrəy olmaq istəyimiz də dalana dirənib. Başdan-başa korrupsiyaya bulaşmış, dövlət resursları hesabına yağmalanmış milyonlarla, hətta milyardlarla “silahlanıb” ölkə vətəndaşlarına qarışqa kimi baxan məmurlar və məmur övladları ilə necə həmrəy olaq axı?! Həmrəylik hansısa bir qızıl ortamda, ən azı nisbi ortamda, başqa sözlə heç olmazsa, ortaq dəyərlərimizi bölüşəndə mümkün olur. Sadə vətəndaşlar Vətən naminə bütün qayğılarını arxa planda saxlayıb mənəvi dəyərlərimizi önə çəkəndə məmur övladları onları heç eşitmək belə istəmir. İlin son günlərində mediadan aldığımız xəbərlərin çeşidinə bir baxın: Vasif Talıbovun oğlu Seymur Talıbov ölkədən xəstəlik adı ilə çıxmaq istəyərkən onun çıxışına “stop!” qoyulduğu bildirilib. Arxasınca Seymur Talıbovla ilgili daha bir iyrənc xəbər Musavat.tv-nin efirində canlı debat zamanı gündəmə gəlib. Culfalı bir ailənin qızının başına gətirilən, yazılması belə utanc gətirən olaylar… Təsəvvür edirsinizmi, bu işləri görənin Naxçıvan Dövlət Universitetinin prorektoru və Naxçıvan Ali Məclisinin deputatı Seymur Talıbov olduğu bildirilir.
Məlumatda hətta o da vurğulanır ki, şərti adı Güney olan bu qız və digər qızlardan məcburən guya “ilkin olaraq atasının onlara, yəni öz qızlarına təcavüz etdiyi” barədə video-danışıqlar götürülüb. Bir bəla arxasınca daha bir bəlanı gətirib bu coğrafiyada yaşayan insanların başına. Bu dəhşətin ardınca əxlaqi dəyərimizin yaratdığı başqa bir tendensiya da özünü göstərib. Qeyd olunur ki, biabırçılığa dözməyən valideynlər əllərindən heç nə gəlmədiyindən çıxış yolunu yaşadıqları ərazidən mümkün qədər uzağa – Bakıya, Türkiyəyə, Rusiyaya və digər yerlərə köçüb-qaçmaqda tapırdılar. Deməli, əgər bu üzdəniraq fakt həqiqətdirsə, o zaman bu işə bütöv bir şəbəkə cəlb olunubmuş. Lakin Naxçıvanda kök salan “qorxunun yaratdığı ab-havanın” miqyasının genişliyi bir nəfərin də bu məlumatları heç olmazsa sızdırmasına əngəl olurmuş… Dünyəvi dövlət qurduğumuzu elan etdiyimiz ölkənin xalqın çiyinlərində formalaşmış büdcəsini dədə malı kimi talayanlar o xalqın övladlarının başına görün hansı oyunları açıblar?! Bu faktlar uzaq tarixdəki fironların, yaxın dövrün Səddam Hüseyninin oğlu Udayın hərəkətlərini xatırladır oxucuya. Biz isə hələ də sadəlövhcəsinə bu adamları həmrəyliyə gətirmək istəyirik. Vətən naminə, xalq, millət naminə…
…Digər bir məsələ. Bizlər adətən ədalət tərəzisini qələm əhlinin – yazıçıların, jurnalistlərin timsalında daha çox hiss etmişik. İnsafən zamanla bu belə də olmuşdu. Qələm əhli korrupsiya kimi əməllərdən uzaq olmuş, yerlibazlıq, tayfabazlıq kimi iyrənclikləri özünə sığışdırmamışdı. Amma indi bu sahədə də “qeyri-həmrəylik” özünü büruzə verməkdədir. Mən hələ Şərqin böyük yazıçısı Çingiz Aytmatovu tanımayan, “Tik-tok” tipli saytlar yaradıb “məni ancaq xəbər maraqlandırır” iddiası ilə peşəkar jurnalistləri kənarda saxlayanları demirəm. Azər TAC Dövlət İnformasiya Agentliyinin rəhbəri Aslan Aslanovun korrupsiya və yerlibazlıq mərəzindən xəbərdarsınız. Bu adamlar necə yer tutublar ölkə ziyalılarının sıralarında? Hələ kölgədə qalıb bu tipli bəd əməllərini məharətlə ört-basdır edənlər var. Onların da düzəlməyə meylli olduqları görünmür. Yəqin dalğa gəlib çatanda bunun fərqində olacaqlar. Gec olsa da, boyun dönməyəndə dönmür də…
…Bu qeydləri yazdığım zaman Milli Məclisdə Aqil Abbasın söylədiyi “müəllimlərə hörmətin vacibliyinə” və Sabir Rüstəmxanlının öz gələcəyini qurarkən gənclərimizə “qeyri-milli adlar altında Bakını zəbt edən şadlıq evlərində toyların çaldırılmaması” kimi sanballı fikirlərinə də rast gəldim. Müəllimlərə və milli kimliyimizə sayğılarımız imandandı. İnsanlar adətən pul, vəsait qoxuyan fikirləri daha tez hallandırmağa meylli olurlar. Ona görə yəqin bu iki təklifin üstündən sadəcə sıradan bir fikir kimi adlayıb keçməyə çalışacaqlar. Tik-tok saytlar və tayfabaz redaktorlar da eləcə. Ancaq onların necə düşünməsindən asılı olmayaraq, hər iki təklif bu xalqın taleyüklü məsələlərinə hesablanmış dəyərləndirmələrdir.
Xüsusilə şadlıq evlərinin adlarının milliləşdirilməsi uzun zaman evlənənlərin, eləcə də onların övladlarının yaddaşı və videolentlər vasitəsilə gözləri önündə canlanaraq tariximizi, milli kimliyimizi – milli vizit kartlarımızı yaşadası amillərdi. Müəllimə və milli kimliyə önəm verilməsini Türkiyə Prezidenti Mustafa Kamal Atatürk 1934-cü ildə “Türkiyə Dövlət Dil Qurumu”nu yaratmaqla, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci ildə “Azərbaycan Respublikasının Dövlət Dili Haqqında” xüsusi sərəncam imzalamaqla dəyərləndirmişdilər. Əlbəttə ki, bu sahədə danılmaz fəaliyyətləri olmuş çoxsaylı alimlərimizi, digər ziyalılarımızı da unutmaq olmaz.
Deməli, ürəksıxıcı fakt və əməllərdən nə qədər bədbinləşməyimizə rəğmən, şükürlər olsun ki, bizləri həmrəyliyə kökləyəsi ürəkaçan məqamlar da var. Şair demiş:
Hardasa, hardasa məni duyan var,
Hələ yaşamağa dəyər bir az da…
Qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününüz mübarək! //konkret.az//

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024