Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (5-12-2022, 16:01)
3 uşaq anasını öldürən ərin cinayət işi: “Bıçağı xirtdəyindən soxdum, özü çıxartdı”

 

Pirallahı rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Əsgər Musayevin cinayət işi üzrə təfərrüat məlum olub.
Hadisə ötən ilin noyabrında qeydə alınıb. 1992-ci il təvəllüdlü Əsgər Musayev şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadı, 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Əsgər Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.
İş üzrə dindirilmiş Əsgər Musayev ifadəsində bildirib ki, 2015-ci ildə xalası qızının vasitəçiliyi ilə məktəbdə onunla bir sinifdə oxumuş və anasıgillə qonşuluqda yaşayan Ayşən Rəhimova ilə tanış olub. Altı aydan sonra sevgilisini öz razılığı ilə Qəbələ rayonuna qaçırıb. On gün rayonda qaldıqdan sonra Bakıya qayıdıblar. Bir müddət atası evində qaldıqdan sonra Ayşənin ailəsinin razılığından sonra onların evində yaşamağa başlayıblar. Ayşənlə qeyri-rəsmi nikahından iki qızı və bir oğlu dünyaya gəlib.
2020-ci ildə arvadının soyuq münasibətinə görə atasıgilin evinə qayıdıb. Amma bir müddətdən sonra uşaqlarsız dözə bilmədiyinə görə Ayşənlə barışıb.
2021-ci il sentyabrın 3-də qayınanası Sevinc Rəhimovanı vurduğuna görə məhkəmənin hökmü ilə CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə təqsirli bilinib. Lakin qayınanası onu bağışladığına görə cinayət təqibinə xitam verilib.
Noyabrın 10-u saat 16 radələrində arvadı “WhatsApp”la onunla əlaqə saxlayıb, uşağı ona qaytarmasını istəyib. Əks halda, gedib polisə şikayət edəcəyini bildirib.
Təxminən 15 dəqiqədən sonra yaşadığı evin qapısı döyülüb. Qapını açanda qayınanası Sevinc Rəhimovanı görüb. Qayınanası nəvəsi Sunayı götürməyə gəldiyini deyəndə əvvəl uşağın evdə olmadığını bildirib. Daha sonra qızı Sunayın paltarlarını geyindirib, onu qucağına alıb masanın üzərindəki mətbəx bıçağını da götürərək evdən çıxıb və qapıda dayanan taksiyə tərəfə gedib. Avtomaşına yaxınlaşanda Ayşənin maşında oturduğunu görüb. Qucağındakı uşağı yerə qoyub, maşının qapısını açaraq arvadından düşməsini tələb edib. Ayşənin avtomobildən çıxmaq istəmədiyini görüb onun saçından tutub. Sevinc qolundan tutduğu üçün yoldaşını maşından çölə çıxara bilməyib. Bu zaman üzərindəki bıçağı çıxarıb arvadına zərbə vurub.
“Maşına sol tərəfdən yaxınlaşıb saçından tutdum ki, düşürüm aşağı. Çıxara bilmirdim. Qayınanam qolumdan tutub mane olurdu mənə. Artıq əsəbiləşdim, bıçağı çıxarıb atdım ona tərəf. Boşluğa getdi bıçaq. Boşluğa gedəndə Ayşən əlimdən aldı bıçağı. Sonra mən onun əlindən tutub aldım bıçağı, istədim ki, ürəyindən vurum, boğazından batdı. Ayşən maşının qapısını bağladı, mən də qabaq qapını açıb, girdim maşına, istədim onu düşürüm aşağı”.
Əsgər Musayev ifadəsinin davamında bildirib ki, bu zaman Ayşən maşından düşərək qaçmağa başlayıb. Təxminən 30 metr qaçdıqdan sonra ona çatıb. Qadın yalvarıb vurmamasını xahiş edəndə uşaqların bu evdə qalacağını deyib. Ayşən bununla razılaşmadıqda boyun nahiyəsinə daha bir zərbə endirib. Qadın xəstəxanaya çatdırılsa da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
“Qaçıb çatdım, dedim, uşaqlar burada qalacaqlar, sən ananı götür, get. O da dedi ki, yox, uşaqlar da bizimlə gedəcəklər. Bu zaman bıçağı hülqumuna (xirtdək) soxdum, bıçaq qaldı boğazında. Özü əli ilə bıçağı çıxarıb qanı axa-axa maşına tərəf getmək istəyəndə yıxıldı. Anası gəlib maşına apardı”.
Musayev bildirib ki, onlar çıxıb getdikdən sonra evə keçib paltarlarını dəyişib. “102” xidmətinə zəng edib, hadisə barədə məlumat verib.
Məhkəmə prosesində Əsgər Musayev ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.
Sonda məhkəmənin hökmü ilə Əsgər Musayev 17 il müddətinə azadlıqdan məhrum olunub.шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024