Araşdırma (19-09-2022, 19:41)
Səlim Müslümov cənazə maşını sürən adamın adına şirkətlər yaradıbmış
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Ülviyyə Məmmədova bildirib ki, 2012-2019-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iqtisdiyyat şöbəsində baş mühasib işləyib. İşə götürüldüyü gündən şöbənin müdiri Şəlalə Cəfərovanın tapşırıqlarını yerinə yetirib.
“İlk gündən dedi ki, mənim tapşırıqlarımı yerinə yetirəcəksən. Şirkətlər nazirliyin müəssisələriylə müqavilələr bağlayırdı, bu işlərə nəzarət edirdim. Müəssisələrdən yığılan pulları Şəlalə Cəfərovaya çatdırırdım. Pulları ona iş otağında verirdim", - şahid bildirib.
Prosesə çağırılan digər şahid, Əlillərin Bərpa Mərkəzinin keçmiş baş mühasibi Nəzakət Kərimova istintaqa ifadəsini təsdiqləyib. Məlum olub ki, Nəzakət Kərimova 2007-2019-cu illərdə baş mühasib işləyib. O, Bərpa Mərkəzinə avadanlıqların alınması zamanı aparılan əməliyyatlardan danışıb. Bildirib ki, şirkətlərə ödənilən pulların 30-40 faizi geri alınır və toplanaraq Mərkəzin rəhbərinə verilirmiş.
Prosesdə ifadə verən digər şahid, Nəzakət Kərimovanın qızı Könül Xudiyeva bildirib ki, Əlillərin Bərpa Mərkəzinin avadanlıqların alınması üçün müqavilə bağladığı “Röya 2014”, “Buğday 2014”, “İnci” MMC-lər onun adına təsis olunub. Şahid bildirib ki, tenderdə qalib elan edilən şirkətlər onun adına rəsmiləşdirilsə də, prosesdən xəbəri olmayıb: "Hazırda gözəllik salonunda işləyirəm. Şirkətləri ailəmizin dolanışığı üçün yaratmışdıq. Amma əməliyyatlardan xəbərim olmayıb".
Məhkəmədə məlum olub ki, Könül Xudiyevanın adından bütün əməliyyatları baş etibarnamə ilə Əlillərin Bərpa Mərkəzinin baş mühasibi olan anası Nəzakət Kərimova həyata keçirib.
Sonra şahid kimi dindirilən Ənvər Məhərrəmov da istintaqdakı ifadəsini təsdiqləyib. Sualları cavablandırarkən məlum olub ki, Əlillərin Bərpa Mərkəzi üçün avadanlıqların alınmasına görə saxta şirkətlərdən bir neçəsi onun adına təsis edilibmiş. Həmin şirkətlərin hesabına köçürülmüş pul vəsaitlərinin 30-40 faizi Əlillərin Bərpa Mərkəzinə qayıdıb və toplanaraq baş mühasib tərəfindən müdriyyətə çatdırılıb. Bütün bunlardan xəbəri olmayan şirkətlər təsisçisi Ənvər Məhərrəmov deyib ki, onu bu məsələlərə bir dostu qoşub. Sonralar nə baş verməsindən, onun adından həyata keçirilmiş əməliyyatlardan xəbəri olmayıb.
"Mənim heç bir əməliyyatlardan xəbərim olmayıb. Mən cənazə maşını sürürəm, onunla dolanıram. Aparılan əməliyyatlardan xəbərim yoxdur. Sürücülüklə ailəmi dolandıran adamam. İstintaqa çağırılanda bilmişəm ki, mənim adıma şirkətlər yaradılıb və əməliyyatlar aparılıb", - deyə şahid bildirib.
Məhkəmə iclası şahid dindirmələriylə sentyabrın 26-da davam edəcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub. //trend//

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024