Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Aktual (18-07-2022, 11:36)
Məmur-media münasibətləri... NƏ YERDƏDİR?

 Bütün dünyada olduğu kimi, Azərbaycanda da media nümayəndələri, jurnalistlər məmurların ən sevmədiyi fərdlər hesab olunur. Obrazlı desək, məmurların jurnaslitləri görməyə gözü yoxdur. Vəzifə sahibləri onlar barəsində ən kiçik tənqidi fikir səsləndirənlərdən belə nifrət edirlər.Mediatv.az xəbər verir ki, bu barədə Modern.az-a danışan hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, məmurların və siyasətçilərin medianı sevməməsi onların funksiyası ilə bağlıdır.

Hüquqşünas qeyd edib ki, heç kim onlara ictimai nəzarət göstərən, eyiblərini açan tərəfi qucaqlamır:

“Əksinə çalışırlar ki, onlardan uzaq dursunlar, medianı qaralasınlar. Media şəffaflığa, cəmiyyətin informasiyalaşmasına xidmət edir. Xüsusən öz fəaliyyətlərini düzgün qurmayan və bundan narahat olan məmur, siyasətçi təbəqəsi mediadan uzaq durur. Medianın ənənəvi funksiyalarından biri cəmiyyətdə ictimai nəzarəti təmin etmək və simvolik də olsa dördüncü hakimiyyət rolu oynamaqdır.

Azərbaycanda jurnalistika artıq IV hakimiyyət rolunu oynaya bilmir. Az sayda müstəqil media və jurnalist var ki, ictimai nəzarət üçün xidmət göstərir. Bəzi jurnalistlər öz peşəkarlığını əldən vermirlər və peşəkar olaraq qalırlar. Çalışırlar ki, informasiya mənbələrinə çıxsınlar, xüsusən də məmurlardan cəmiyyəti narahat edən məsələlərlə bağlı fikirlər ala bilsinlər, açıq olması gərəkən informasiyaları əldə edə bilsinlər. Bu zaman da problemlə üzləşirlər. Dövlət qurumları sorğulara cavab vermək məsələsində operativ, şəffaf və maraqlı deyil, Eyni zamanda, məhkəmələr bu istiqamətdə ictimai və hüquqi nəzarət rolunu yetəri qədər aparmır. Bu çərçivədə jurnalistlərin fəaliyyəti çətindir, çünki jurnalistin əlində yeganə silahı qələmi və klaviaturasıdır. Bundan əlavə, jurnalistin gücü yoxdur.

Amma onlara qarşı olanların həm qanundan doğan gücləri, həm səlahiyyətləri, həm də fiziki güc tətbiq edən qorumaları var. Jurnalistlər oyuna həmişə 0:1 hesabı ilə geridə başlayırlar. Amma buna rəğmən çalışırlar ki, funksiyalarını icra etsinlər. Azərbaycanda bu aspektdə hüququn yaxşı işləməməsi, məhkəmə sisteminin nəzarət funksiyasını reallaşdıra bilməməsi ölkədə jurnalistlərin işini daha da çətinləşdirir. Çünki onlar öz haqlarını məhkəmə yolu ilə də əldə edə bilmirlər və Avropa Məhkəməsinə müraciət edirlər. Buna baxmayaraq jurnalistlərin özləri və fəaliyyətləri sistemli şəkildə məhdudlaşdırılır, onlar təqib olunur. Bütün bunlar göstərir ki, jurnalistlər ictimai nəzarət funksiyasını reallaşdırmaq üçün bir çox maneədən keçməyə səy göstərməlidirlər və keçdikləri zaman başqa maneələrlə qarşılaşırlar. Bu maneələr diplomatiya, prokurorluğun xəbərdarlıqları, məhkəmənin cavab verməməsi və s. dir».

Ekspert reket jurnalistlərin ayrı-ayrı məmurları, vəzifə sahiblərini şantaj etmələrindən də söz açıb:

“Bataqlıq varsa, ağcaqanad olacaq. Bataqlığı qurutmadan ağcaqanadın kökünü kəsə bilmərik. Azərbaycanın media mühitində ona görə reket və ya jurnalist adına ləkə gətirən fərdlər var ki, ölkədə siyasi fəaliyyətlə məşğulluq sahəsində bataqlıq var - korrupsiya bataqlığı. Korrupsiya bataqlığından qorxan məmur çalışır ki, özünün yaxşılarını təqdim etsin, bu da hansısa, niyyəti yaxşı olmayan, peşəkar olmayan, jurnalistika adından sui-istifadə edənlərin çörəyinə yağ sürtür. Demək olmaz ki, jurnalistlər hansısa formada məmurları məcbur edir, tam tərsi məmurlar, bəlli kateqoriya insanlar, jurnalist adından istifadə edənləri əlində tutaraq özlərinin PR-nı qurur və bu çərçivədən onları bəsliyir. Səbəb onların hansısa korrupsiya elementi və yaxud qanunazidd hərəkətlərinə göz yummaqdır. Məmurlar şəffaf olsa, onların qorxacağı və ya hansısa “şantaja” boyun əyəcəyi durumu da olmaz. Bütün jurnalistlərin peşəkar olduğunu demirəm, amma kiminsə, süfrəsinin artığı ilə dolanmağa çalışanlar var və onlar jurnalist deyillər. Jurnalistlərin əksəriyyəti çətin də olsa jurnalistikanın həm prinsiplərinə sədaqətlidir, həm də jurnalist adını daha da qorunması üçün çalışır”.

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib ki, media heç kəsdən asılı olmamalıdır, hər zaman məsələlərə münasibətdə daha dəqiqlik nümayiş etdirməlidir:

“Məlumatları təqdim etməkdən əlavə media həm də araşdırma aparır. Millətin kritik təfəkkürünün fomralaşmasında media mühüm rol oynayan seqmentdir. Məmurlar mediada səslənən fikirlərə qarşı dərhal hücuma keçməməlidirlər. Məmurlar media ilə əlaqləri daha da yüksəltməlidir. Əslində, məmurların cavabdehliyinin artması, eyni zamanda problemlərə baxışın dəyişməsində medianın rolu böyükdür. Media, vətəndaş cəmiyyəti ilə məmurların əlaqəsi nə qədər sıx olacaqsa, bu, onlara yeni imkanlar, fürsətlər verəcək. Mətbuatda da bəzi hallarda yanlış məlumat verilə bilər, amma bu, bəzən bilərəkdən olmur. Buna görə də medianın üzərinə hücum etmək yolverilməzdir. Çünki bu, həmin vəzifəli şəxslərin gələcəkdə daha böyük səhvlər etməsinə yeni imkanlar yarada bilər”.

Hüquqşünasın fikrincə, media hər hansı məmur və ya dövlət orqanına qarşı tənqidi fikir səsləndirirsə, buna təmkinlə yanaşmaq lazımdır:

“Qüsurlar varsa, onların həlli istiqamətində addımlar atmaq lazımdır. Media cəmiyyətin güzgüsüdür, o güzgüdə hər kəsin bir şəkilləndirməsi var. Tənqidi fikirlərə zorakılıq, sərt yanaşmalar olmamalıdır. Bu, bərabər əməkdaşlığı poza bilər. Prezident deyir ki, vətəndaş cəmiyyəti, media mənim köməkçilərimdi. Məmurlar öz davranışlarına diqqət etməlidir. Vəzifəli şəxs, dövlət orqanının nümayəndəsi səbirli, təmkinli olmalıdır, tənqidə açıq olmalıdır. Mediadan nə qədər çox qaçırsansa, bu, bir o qədər problemli şəxssən deməkdir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024