Aktual (22-02-2022, 09:02)
Rusiya ilə müttəfiqlik bəyannaməsi nə vəd edir? - AKTUAL
Rusiyanın “Riya-Novosti” xəbər agentliyinin yaydığı məlumata görə, fevralın 22-də Azərbaycan prezidenti İlham Əliyev Moskvada rəsmi səfərdə olacaq. Qeyd olunur ki, prezident Vladimir Putin Azərbaycan lideri ilə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsini planlaşdırır.
Liderlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişləri, o cümlədən Azərbaycanın regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi məsəsləsini də nəzərdən keçirəcəklər.
Danışıqların yekunu olaraq Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlik Saişi haqqında Bəyannamə imzalanacaq.
Xatırladaq ki, İlham Əliyevin Rusiyaya rəsmi səfəri ilə bağlı ölkə başçısının mətbuat xidməti heç bir informasiya yaymayıb. Bu gün isə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov mətbuata bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfər çoxdan planlaşdırıllıb. “Rəsmi səfərlər öncədən planlaşdırılır, səfərin gündəliyi, müzakirəyə olunacaq məsələlər müəyyənləşdirilir. Səfər çərçivəsində müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə dair sənədlər imzalana bilər. Elə bunun özü də səfərin uzun müddətdir, planlaşdırıldığını bir daha təsdiqləyir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində növbəti addım olacaq”, – o qeyd edib.
Səfərdən bir gün qabaq, bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Tovio Klaarı qbul edən Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqlar verib. Klaar isə qeyd edib ki, Aİ minaların təmizlənməsi sahəsində Azərbaycana dəstək verməyə hazırdır.Mediatv.az-ın məlumatına görə, siyasi təhlilçi Azər Qasımlı Pressklub.az-a şərhində bildirib ki, İlham Əliyevin bu səfərinin elan olunması bir qədər gözlənilməz oldu:
“Düzdür, Ziyafət Əsgərov açıqlama vermişdi ki, rəsmi səfər əvvəlcədən planlaşdırılıb, amma mən düşünürəm ki, tam olaraq belə deyil. Rusiya mediası yazır ki, sabah Moskvada Rusiya və Azərbaycan arasında müttəfqilik bəyannaməsi imzalanacaq və münasibətlər daha üst səviyyəyə qədəm qoyacaq. Deməli, bu bəyannamənin imzalanması ilə bağlı əvvəlcədən müzakirələr və razılaşma əldə olunub. Hesab edirəm ki, bununla bağlı müzakirələr hətta 44 günlük müharibədən əvvəl də aparılıb. Ola bilsin, bu razılaşmanın hansısa çərçivələri danışılıb, yaradılıb, amma son bir il ərzində onun içərisi doldurulmağa başlanıb”.
Ekspert əlavə edir ki, bu səfər gözlənilməz olsa da, Putin İlham Əliyevlə əvvəldən razılaşdırdığı məsələni məhz bu ərəfədə gündəmə gətirməyə qərar verib. O, xatırladır ki, hazırda Ukryan böhranı ilə bağlı Rusiya Qərb arasında ciddi qarşıdurma var: “Bu vəziyyətdə Rusiya göstərmək istəyir ki, postovet məkanında ona yaxın ölkələr var, SSRİ-dən çıxan dövlətlər onun yanındadır. Belarus, Qazaxıstan, Özbəkistan, təbii ki, Ermənistanı, Tacikistanı, Qırğızıstanı da bura qatacaqlar. O cümlədən, Azərbaycanı”.
A.Qasımlı Bakının bu addımını yanlış hesab edir. Qeyd edir ki, İlham Əliyev sovet elitasından çıxmış liderdir, Putinin maraqlarından kənara çıxa bilmir: “Hesab edirəm ki, Azərbaycan getdikcə öz müstəqilliyini itirməyə başlayıb. Gəlin bir qədər tələsməyək, bəyannaməyə daxil olan bütün məsələləri öyrənək”.
Təhliçi vurğulayır ki, məsələnin bu şəkildə qoyuluşu, yəni ölkədə müzakirə aparmadan, cəmiyyəti görməzdən gələrək ediblərsə, deməli, burada yaxşı bir şey yoxdur:
“Onu da əlavə edim ki, biz müstəqilliyimizi saxlamaqla, Rusiya ilə sülhməramlıların çıxmasını razılaşdırmalıyıq. Başqa ölkələrin hərbi bazalarını Azərbaycanda yerləşdirməməyimiz lazımdırsa, bunun müqabilində olsun. Amma Qarabağdan çıxmalıdılar və işlərimizə qarışmamalıdırlar. Bəyannamədə bunlar yoxdursa, istənilən saziş Rusiyanın marağına xidmət edəcək və hər şey onun diktəsi ilə olacaq”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024