Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (23-04-2019, 19:08)
BSU-da “İslamda tolerantlıq” mövzusunda mühazirə keçirilib

 Aprelin 23-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə Filologiya və xarici dil müəllimliyi, Azərbaycan filologiyası və jurnalistika fakültələrində təhsil alan tələbələr üçün “İslamda tolerantlıq” mövzusunda mühazirə keçirilib.
Mühazirənin əvvəlində çıxış edən Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev islam dinində tolerantlığın əsas ünsür kimi qəbul edildiyini bildirib. İ.Quliyev qeyd edib ki, bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dözümsüzlük göstərmədən qarşımızdakı insanı olduğu kimi qəbul etmək tolerantlığın əsas meyar və prinsipidir. Mühazirənin mövzusunun aktuallığından danışan İbrahim Quliyev tələbələri maarifləndirici mövzu ətrafında müzakirələrdə fəal olmağa dəvət edib.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin (BİU) dekanı, f.ü.f.d. Fuad Nurullayev “İslamda tolerantlıq” mövzusunda ətraflı çıxış edib. Fuad Nurullayev çıxışında bildirib ki, islama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. O deyib ki, insanların bir-birini tanıması, qarşılıqlı münasibətlərin formalaşmasının əsası tolerantlıqdan keçir. F.Nurullayev islam dininin bütünlükdə multikutural dəyərlərdən ibarət olduğunu, son zamanlar dünyada, xüsusən Yaxın Şərqdə, eləcə də Avropada baş verən terror aktlarında islam xəttinin axtarılmasının heç bir əsası olmadığını di qqətə çatdırıb. F.Nurullayev qeyd edib ki, islam dininin terror, radikalizm və separatizm dini kimi qələmə verilməsi qarşıdurma yaratmaq istəyən qüvvələrin əməlidir. İslam dininin multukultural din olmasını təsdiqləyən ayələrdən söz açan F.Nurullayev bütün dinləri, peyğəmbərləri, müqəddəs kitabların islamda qəbul edildiyini bildirib.
Mühazirə diskussiya şəklində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Diskussiyada Azərbaycan filologiyası və jurnalistika
fakültəsinin dekanı, professor Eldar Piriyev, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı dosent Gültəkin Əliyeva, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müəllimi Səbinə Məmmədova və digər iştirakçılar “İslamda tolerantlıq” mövzusu ətrafında müzakirə aparıblar.
шаблоны для dle 11.2

Xəbər lenti
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
26 06 2022
25 06 2022
25 06 2022
25 06 2022
25 06 2022
25 06 2022
25 06 2022
25 06 2022
25 06 2022