Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (13-09-2018, 13:45)
Azərbaycan Kooperasiya Universiteti olduğu kimi:

Azərbaycan  Kooperasiya Universiteti olduğu kimi:

 

Yenixeber.org: Sevgili məmləkətimizdə təhsillə bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil. Uşaq Bağçalarından tutmuş Universitetlərə qədər həmvətənlərimiz arasında müxtəlif-bəzən isə tamami ilə əks fikirləri eşitməyə aludə olmuşuq. Heç şübhəsiz ki, bu da təsadüf deyil. Bu müxtəlif,  həm də arzuolunmaz ictimai rəyin formalaşmasında köklü səbəblər var. Çox təəssüf ki, əksər təlim-tərbiyə və tədris müəssisələri hələ də bu səbəbləri stimullaşdıran fəaliyyətlərini davam etdirməkdədirlər. Bu tendensiya davam etdikcə də ölkə insanı təhsilə şübhəylə yanaşmaqda davamlı olacaq... Yetərincə aktual olan bu mövzuya birmənalı yanaşmaq da yumşaq desək qeyri-obyektivlik olar...

                                             Təhsildə birgə fəaliyyət

“Təhsildə birgə fəaliyyət”, bəlkə də bu məfhum hələ də çoxları üçün anlaşılan deyil. Nə xoş bizə ki, biz Azərbaycan ictimaiyyəti olaraq bunun canlı şahidiyik-Azərbaycan Kooperasiya Universitetinin simasında...  Bu fərqlilik universitetin fəaliyyətində də müsbət mənada nəzərə çarpır.

Son zamanlar dövrü mətbuatda haqqında çox yazılan ali təhsil müəssisələrindən biri də Azərbaycan Kooperasiya Universitetidir. Həm də birmənalı yox... Təəssüf ki, həmişə olmasa da, bəzən lazımı araşdırmalar, dəqiqləşdirmələr aparılmadan mediada yazılar yer alır.

Xatırladaq ki, Azərbaycan Kooperasiya Universiteti 1964-cü ildə Azərbaycan Kooperasiya İnstitutu kimi fəaliyyətə başlayıb. O zamandan indiyədək bu təhsil ocağı yetərincə formalaşmış, saysız kadrları ilə dövlət və qeyri-dövlət sektorunda idarəçilikdə sözünü demiş və deməkdədir.

Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı qeyri-dövlət ali təhsil müəssisəsidir. Məhz bu təhsil ocağında ilk dəfə "Kənd təsərrüfatı məhsulları tədarükünün iqtisadiyyatı və təşkili" ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı aparılmışdır.

19 mart 1993-cü il tarixdə institutda 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdisə, bu gün 8 fakültədə tələbələr 19 ixtisas üzrə Azərbaycan və Rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Hazırda Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır. Universitetdə 20 kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, arxiv fəaliyyət göstərir. Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 17 nəfər professor, 112 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 96 nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris - köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir.

Onu da qeyd edək ki. Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynəlxalq Marketinq İnstitutunun "Qran-pri" mükafatına layiq görülmüşdür. Universitetin Türkiyə, Rusiya, Belorus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır.

Yuxarıda  qeyd etdiyimiz kimi, hazırda bu təhsil ocağında 8 fakultə, ("İqtisadiyyat", "Dünya iqtisadiyyatı və kommersiya",  "İdarəetmə", "Maliyyə", "Mühasibat uçotu və sənayenin təşkili", "Marketinq və menecment", "Ekspertiza və texnologiya", "Pedaqoji") Qiyabi, Doktorantura və Magistratura şöbəsi fəaliyyət göstərir:

Qısa şəkildə xatırladığımız bu göstəricilərdən də göründüyü kimi, Azərbaycan Kooperasiya Universiteti həm madii-texniki, həm də pedaqoji bazası ilə dövlətin təhsil siyasətinin icrasında öndə qərarlaşıb.

                                                 “Açıq qapı” təcrübəsi

Azərbaycan Kooperasiya Universitetinin fərqliliklərindən biri də geniş ictimaiyyətə açıq omasıdır. Ölkə mediasının, valideyinlərin və tanınmış ictimai nümayəndələrin  iştirakı ilə mütəmadi olaraq universitetdə “Açıq qapı” günləri keçirilir. Universitetdə bu aksiyanı keçirməkdə məqsəd imtahanların şəffaf təşkilinin ictimaiyyət tərəfindən izlənilməsi və qiymətləndirilməsidir.  Artıq ənənə halını almış bu görüşlər universitetin ictimai arenaya açıq olması ilə bərabər, həm də tədrisin, təlim-tərbiyənin inkişafında stimullaşdırıcı faktor sayıla bilər.

Belə görüşlərdən sonuncusu bu ilin 14 iyununda 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyası dövründə təşkil olunmuşdur. Bu dəfə də görüşdə universitetdə təhsil alan tələbələrin valideynləri, KİV və QHT nümayəndələri, təhsil ekspertləri iştirak etmişdir. “Açıq qapı” günündə iştirak edən qonaqlar universitetin "Marketinq və menecment", "Ekspertiza və texnologiya", "Maliyyə", "İqtisadiyyat" və "İdarəetmə" fakültələrində eyni zamanda, imtahan yoxlama mərkəzində imtahanların gedişini izləmişdir.

Bü gün də Azərbaycan Kooperasiya Universitetində iki gün sonra başlayacaq tədrislə bağlı gərəkən işlər görülüb. Bu sırada tədrisin keyfiyyətini yüksəldəcək yeniliklər yer alır… Həm də təkcə yeni yaradılmış laboratoriyalarla yox…

İlqar

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024