Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-11-2021, 22:07)
Sahil Babayev bütün tenderləri niyə bu şirkətə verir?

 "Az AVS” şirkət yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə işləyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 18 şəhər və rayonda (Ağdam, Naftalan, Göyçay, Zərdab, İmişli, Ağstafa, Lənkəran, Kürdəmir, Xızı, Oğuz, Daşkəsən, Qəbələ, Quba, Fizuli, Şəki, Balakən, Gədəbəy, Lerik) Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 274 fərdi evin tikintisi üçün 19 884 431 manat xərcləyəcək.

Nazirliyin bununla bağlı elan etdiyi açıq tenderin qalibi "Az AVS” QSC olub. Bu barədə dövlət satınalmalarının vahid elektron portalında məlumat verilib.

"Renkinq” sözügedən şirkətlə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, adı çəkilən səhmdar cəmiyyəti 2016-cı ildə yaradılıb.

Onun hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad Xan küçəsi, ev 3, mənzil 75, nizamnamə kapitalı 2 010 manat, qanuni təmsilçisi isə Hikmət Şamil oğlu Ələkbərovdur.

"Az AVS” indiyə qədər yalnız ƏƏSMN-nin tenderlərində qalib elan edilib.

Bu il bu şirkətə həm də ƏƏSMN-nin aparatında olan avadanlıqların normal fəaliyyətinin təmin edilməsi üçün 29 888 manat, nazirliyin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin "1 saylı Bakı Dost Mərkəzi”nin avadanlıqlarının təmiri üçün 4 500 manat ödənilib.

Ötən il isə "Az AVS” ƏƏSMN-nin inzibati binasının təmiri və həyətinin abadlaşdırılması üçün 29 259 manat, aparatının balansında olan avadanlıqların normal fəaliyyətinin təmin edilməsi üçün 19 912 manat, Göygöl rayonundakı 3 saylı psixonevroloji sosial xidmət müəssisəsinin əsaslı təmiri üçün 3 296 000 manat, Gəncə şəhərində Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzində yardımçı binaların tikintisi və əsaslı təmiri üçün 794 343 manat, eləcə də nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Qax və Ucar rayonlarındakı Məşğulluq Mərkəzlərinin inzibati binalarının təmiri üçün müvafiq olaraq 42 771 manat və 102 335 manat, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika Əlillərin Bərpa Mərkəzinin, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin və Uşaq Bərpa Mərkəzinin təmiri üçün müvafiq olaraq 37 042 manat, 28 410 manat və 57 579 manat, Dövlət Sosial Müdafiə Fondunun aparatının ərazisinin (həyətyanı sahəsinin) abadlaşdırılması üçün 44 103 manat, Fondun nəzdində olan Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsində təmir və abadlaşdırma işlərinin aparılması üçün 364 359 manat, Dövlət Əmək Müfəttişliyi Xidmətinin təmiri üçün 17 966 manat alıb.

Araşdırma müəllifləri nazir Sahib Babayevə sual da ünvanlayıblar: görəsən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlillərin pulunu kəsərək tenderi eyni şirkətə verib milyonlarlar xərcləyəndə nə qədər şəffaflıq edib?шаблоны для dle 11.2

Xəbər lenti
1 12 2021 15:31
1 12 2021 15:10
1 12 2021 14:53
1 12 2021 14:40
1 12 2021 14:32
1 12 2021 14:25
1 12 2021 14:08
1 12 2021 14:00
1 12 2021 13:50
1 12 2021 13:36
1 12 2021 13:27
1 12 2021 13:13
1 12 2021 13:03
1 12 2021 12:55
1 12 2021 12:42
1 12 2021 12:30
1 12 2021 12:20
1 12 2021 12:05
1 12 2021 11:54
1 12 2021 11:41
1 12 2021 11:29
1 12 2021 11:17
1 12 2021 11:05
1 12 2021 10:58
1 12 2021 10:45
1 12 2021 10:30
1 12 2021 10:00
1 12 2021 09:51
1 12 2021 09:40
1 12 2021 09:26