Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-09-2021, 11:14)
Məktəbli qıza əxlaqsızlıq edən 61 yaşlı MÜDİR – Həbsdən niyə buraxılıb?

Azərbaycanda ŞOK: Məktəbli qıza əxlaqsızlıq edən 61 yaşlı MÜDİR
Xızı rayonunda 11 yaşlı məktəbli qız özündən 50 yaş böyük olan bir kişi tərəfindən cinsi istismara məruz qalıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprel-iyun aylarında kənd məktəblərinin birində baş verib.

Məktəbin beşinci sinif şagirdi Sevda (ad şərtidir) həmin məktəbdə qanunsuz (аrvadının əvəzinə) işləyən təsərrüfat müdiri Xıdır Almuradov tərəfindən cinsi istismar olunub.

Bu barədə Bizim.Media-ya Sevdanın valideynləri açıqlamalarında bildirib. Azyaşlının atası qeyd edib ki, məktəbli qızı təklikdə bir neçə dəfə otağına çağıran kişi ona qarşı nalayiq hərəkətlər edib.

Hadisə məktəb zamanı və yay tətilində uşağın rəsm kursuna getdiyi zamanı baş verib.

“Nəhayət, mən bundan xəbər tutan kimi dərhal Təhsil Nazirliyinə, Daxili İşlər Nazirliyinə rəsmi müraciət etdim. Məktəbdə yoxlama aparan Təhsil Nazirliyinin nümayəndələri arvadının yerinə təsərrüfat müdiri işləyən kişini məktəbdən uzaqlaşdırıb. Məktəb direktoru isə əmək intizamını və qanunu pozduğuna görə işdən azad edilib”.

Daha sonra Daxili İşlər Nazirliyi şikayəti araşdırılması üçün Xızı rayon polis şöbəsinə göndərib. Rayon prokurorunun qərarı ilə Xızı rayon polis şöbəsində CM-nin 153.2 (14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə ) maddəsi ilə cinayət işi başladılıb.

Məktəbli qıza qarşı seksual hərəkətlər edən kənd sakini Xıdır Almuradov şübhəli şəxs qismində saxlanılıb.

Amma iki gün sonra saxlanılan şəxsin Xızı rayon məhkəməsinin qərarı ilə sərbəst buraxılması zərərçəkən ailənin ciddi narazılığına səbəb olub. Xızı rayon prokurorluğu da məhkəmənin qərarını düzgün hesab etməyərək Sumqayıt Apelyasiya Məhkəməsinə protest verib.

İşə baxan Sumqayıt Apelyasiya məhkəməsində rayon şöbəsi qərarı ləğv edib və Xıdır Almuradov barəsində həbs-qəti imkan tədbiri seçib və o, yenidən həbs edilib. Hazırda rayon polis şöbəsində cinayət işinin istintaqı davam edir.

Bizim.Media-nın rayonun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 11 yaşlı azyaşlını təklikdə otağa salaraq uşağa qarşı əxlaqa zidd hərəkət edən Xıdır Almuradov törətdiyi iyrənc əməllərini etraf edib.

Qeyd edək ki, saxlanılan 61 yaşlı Xıdır Almuradovun 2 oğul və 1 qız övladı var. Onun həmçinin 5 nəvəsi var. Onun kiçik nəvəsi seksual hərəkətlər etdiyi Sevdadan 2-3 yaş böyükdür.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024