Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-01-2021, 16:00)
Hərbçilərimiz Qarsa belə yola salınıb - Fotolar+Video


Hərbçilərimiz Qarsa belə yola salınıb

Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.

Müdafiə Nazirliyindən "Mediatv.az"a verilən məlumata görə, yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq “Qış təlimi-2021”də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.


Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.






шаблоны для dle 11.2

Xəbər lenti
28 02 2021 10:12
28 02 2021 09:49
28 02 2021 09:12
27 02 2021 23:30
27 02 2021 23:12
27 02 2021 23:05
27 02 2021 20:41
27 02 2021 20:41
27 02 2021 20:41
27 02 2021 20:20
27 02 2021 20:07
27 02 2021 19:50
27 02 2021 19:30
27 02 2021 19:20
27 02 2021 18:57
27 02 2021 18:45
27 02 2021 18:30
27 02 2021 18:15
27 02 2021 17:55
27 02 2021 17:21
27 02 2021 17:00
27 02 2021 16:27
27 02 2021 16:12
27 02 2021 15:56
27 02 2021 15:43
27 02 2021 15:12
27 02 2021 14:58
27 02 2021 14:39
27 02 2021 14:22
27 02 2021 14:10

{sape_links}{sape_article}