Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (15-09-2021, 12:50)
Ramiz Mehdiyev üçün DAHA BİR BAŞAĞRISI...

 Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəzarətində olan "Bank BTB” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, Mustafayev Elnur Akif oğlu adlı şəxs Bakı Kommersiya Məhkəməsində sözügedən bank barəsində iddia qaldırıb. Açıq mənbələrdə işin mahiyyəti barədə məlumat yoxdur. İddia hakim Fərrux Qasımovun icraatındadır.

"Bank BTB" ASC-nin üç səhmdarı var:

1. Mehdiyeva Nigar İsmayıl qızı - 75%
2. Sadiq Rza İsmayıl oğlu - 19%
3. Mahmudova Tükəzban Ağa qızı - 6%

Nigar Mehdiyevanın Ramiz Mehidyevin gəlini olduğu bildirlir. Bu barədə mediada dəfələrlər yazılıb və qarşı iddiaları təkzib etməyib.

Nigar Mehdiyeva həm də "Bank BTB”nin digər səhmdarı Rza Sadiqin bacısıdır. Məlumatlara görə, onlar Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun övladlarıdır. İsmayıl Sadıqov 2018-ci ildə tutduğu vəzifədən azad edilib.

Ramiz Mehdiyevin gəlini olduğu bildirilən Nigar Mehdiyeva "Digital Media” MMC-nin də təsisçilərindən biridir. MMC 20 avqust 2008-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2008-ci il tarixli qərarı ilə "Digital Media” MMC-yə 105.5 MHz tezliyində yayımlanmaq üçün radio yayımına xüsusi razılıq (lisenziya) verilib. Şura qərarını "Digital Media” MMC-nin "digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına” malik olması ilə əsaslandırıb. Bu şirkət "Media FM” radiosunun sahibidir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 09 2021 23:12
18 09 2021 21:57
18 09 2021 21:12
18 09 2021 20:45
18 09 2021 20:27
18 09 2021 20:13
18 09 2021 20:01
18 09 2021 19:37
18 09 2021 19:25
18 09 2021 18:42
18 09 2021 18:10
18 09 2021 17:47
18 09 2021 17:25
18 09 2021 17:03
18 09 2021 16:23
18 09 2021 16:11
18 09 2021 15:57
18 09 2021 15:43
18 09 2021 15:28
18 09 2021 15:11
18 09 2021 14:57
18 09 2021 14:46
18 09 2021 14:28
18 09 2021 14:12
18 09 2021 13:47
18 09 2021 13:30
18 09 2021 13:12
18 09 2021 12:50
18 09 2021 12:40
18 09 2021 12:04

{sape_links}{sape_article}