Siyasət (13-01-2021, 13:50)
Azərbaycanla bağlı məqalələr ABŞ mətbuatında

Diasporla İş üzrə Dövlət Komitəsindən “Mediatv.az”a verilən məlumata görə, 27 dekabr 2020-ci il və 6 yanvar 2021-ci il tarixlərində https://republic-underground.com/ saytında yayımlanan məqalələrdə soydaşımız Vətən müharibəsi, Bakı neftinin tarixi, Nobel qardaşları və s. kimi məsələlərə də toxunub.
Məqalələrdə İsveç və İsveçrə ilə Azərbaycan arasındakı siyasi-iqtisadi münasibətlər, ölkələrimizin ticarət və neft-qaz sektorunda tərəfdaş olması, İsveç vətəndaşı olan Nobel qardaşlarının Bakı neft sənayesinə yatırımda iştirak etdikləri, beynəlxalq hüquqa uyğun olaraq rəsmi Bernin və Stokholmun Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıdığı, 27 sentyabr 2020-ci ildə ikinci Qarabağ savaşı başlayarkən neytrallığını saxladıqları, tərəfləri sülhə və regional sabitliyə çağırdıqları vurğulanıb.
Eyni zamanda, müəllif təəssüflə qeyd edib ki, 44 günlük Vətən müharibəsinin gedişində bəzi isveçrəli və isveçli siyasətçilərin, jurnalistlərin tarixi faktları saxtalaşdırmağa cəhd etməsi, Cenevrə bələdiyyə şurasının separatçıların lehinə qərar qəbul etməsi azərbaycanlı icmanın hiddətinə səbəb olub.
Müəllif separatçıların mövqeyini müdafiə edən bəzi siyasətçiləri, bələdiyyə üzvlərini və jurnalistləri Azərbaycan icmasının səsini eşitməməkdə, istənilən dialoqdan qaçmaqda ittiham edib və soydaşlarımızın bu cür haqsızlığa qarşı mübarizəni sonadək davam etdirmək əzmində olduqlarını söyləyib.
Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://republic-underground.com/armenian-azerbaijan-karabakh-conflict-civil-viewpoints-from-switzerland/
https://republic-underground.com/sweden-switzerland-trade-relations_what-it-means-for-azerbaijan/

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 01 2021 23:47
24 01 2021 23:39
24 01 2021 23:32
24 01 2021 21:42
24 01 2021 21:42
24 01 2021 21:37
24 01 2021 21:35
24 01 2021 16:51
24 01 2021 16:27
24 01 2021 16:00
24 01 2021 15:30
24 01 2021 15:00
24 01 2021 14:25
24 01 2021 14:00
24 01 2021 13:29
24 01 2021 13:20
24 01 2021 13:00
24 01 2021 12:30
24 01 2021 11:58
24 01 2021 11:19
24 01 2021 10:48
24 01 2021 10:30
24 01 2021 10:12
24 01 2021 09:58
23 01 2021 22:28
23 01 2021 21:34
23 01 2021 21:04
23 01 2021 19:26
23 01 2021 19:12
23 01 2021 18:45