Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-10-2020, 11:51)
“Azərbaycan ədaləti bərpa edir, dünyanın yeni xarici siyasətini formalaşdırır”

 “Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, Azərbaycan  həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə malikdir,  beynəlxalq hüququ təmin edir. Dövlətimizin başçısı İlham Əliyevin dünya ölkələrinin televiziya kanallarına, digər mətbu orqanlarına müsahibələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə yanaşı, bugünədək ölkəmizin istər xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, istərsə də demokratik islahatlar sahəsinə ikili standartlara əsaslanan yanaşmanın əsl mahiyyətinin, eyni zamanda, istər region, istərsə də dünya dövlətlərinin münasibətlərinin açıqlanmasında yardımçı olur. Beynəlxalq münasibətlərdə hüquq problemi yaşandığı, qərar və qətnamələrin zaman və məkana görə tətbiq edildiyi, güc amilinin ön plana çıxdığı bir daha təsdiqlənir”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənovun sözlərinə görə, Prezidentimiz İlham Əliyevin oktyabrın 26-da xalqa müraciətində də qeyd etdiyi kimi, dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Sual doğuran bu məqamlara diqqət yetirsək görərik ki, böyük dövlətlər beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Azərbaycan beynəlxalq hüquqdan  kənar bir addım belə atmır. Beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Azərbaycan haqq yolundadır, ədaləti bərpa edir.
“Bu gün  işğalçı dövlət heç bir sahədə Azərbaycanla müqayisə oluna bilməz. Baxmayaraq ki, dövlətimizin başçısı İlham Əliyevin ABŞ-ın  “Fox News” televiziya kanalına  müsahibəsində   jurnalist erməni lobbisinin güclü təsirində olduğunu  açıq-aşkar büruzə verərək Ermənistanın hərbi təxribatlara başlaması səbəblərini qüdrətli, güclü, davamlı inkişafa, demokratiya təcrübəsinə malik Azərbaycana aid etməyə çalışaraq erməni təbliğatına uyğun şəkildə ölkəmizin imicinə zərbə vuracağını düşündü. Amma ölkə Prezidentimizin  bir daha yüksək intellekt,  diplomatik məharət  nümayiş etdirərək verdiyi cavab əsl dərs oldu. Bildirdi ki, hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Jurnalistin suallarının arxasında  erməni məkrinin, xislətinin  gizləndiyini görməmək mümkünsüz  deyildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin  son bir ayda  müsahibələrində yer alan sualların mahiyyətinə diqqət yetirdikdə  Ermənistanın və onun havadarlarının illərdir apardıqları qərəzli kampaniyanın detallarını görürük.  Xalqımızı düşündürən belə məkrli, məqsədli  suallar  deyil, onların  cənab İlham Əliyevin  səbir və təmkinlə,  real faktlara əsaslanaraq cavablandırması, Azərbaycanın  maraqlarını qətiyyətlə müdafiə etməsi, haqq səsimizi bir daha dünyaya çatdırmasıdır. Möhtərəm  Prezidentimiz  hər zaman istər Ermənistana, istərsə də ona dəstək verən dövlətlərə ünvanladığı mesajları, verdiyi tarix və siyasət dərsləri ilə ölkə ictimaiyyətini qürurlandırır”- deyə, millət vəkili bildirib.
“Azərbaycan dövləti hər zaman bəyan edir ki, bizim imitasiya naminə danışıqlar aparmaq fikrimiz yoxdur, sülh danışıqları səmərə vermədiyi təqdirdə  Ordumuz öz sözünü deyəcək, tarixi missiyasını layiqincə yerinə yetirəcək” söyləyən millət vəkili onu da vurğulayıb ki, sentyabrın 27-dən erməni təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu  illərdir ATƏT-in Minsk qrupunun təmin edə bilmədiyi tarixi ədaləti bərpa edir.шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024