Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Karusel (29-07-2020, 09:14)
Mübariz Qurbanlı bunları bilsə, yaxşıdır... - İDDİA


Mübariz Qurbanlı bunları bilsə, yaxşıdır...
Dini Durumlarla İş üzrə Dövlət Komitəsinin Masallı üzrə regional şöbəsinin müdiri Miryəhya Bədirov barəsində saytımıza maraqlı faktlar daxil olub.

Belə ki, Miryəhya Bədirov M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun qiyabi şöbəsini “sürünə-sürünə” bitirdiyi üçün rus dilində də “sürünə-sürünə” danışır. Heç bir idarəetmə təcrübəsinə malik olmayan bu şəxs ixtisası üzrə işləməyib. Uzun illər Masallı rayon Mədəniyyət şöbəsində klub müdiri, daha sonra ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı şöbəsinin müdiri təyin olunub. Bir müddət sonra tutduğu vəzifədən azad olunub.

Xeyli “nəzir-niyazdan” sonra yenidən əvvəlki vəzifəsinə bərpa oluna bilib. M.Bədirovun maraqlı “dolanışıq” metodu var. Yanına gələn vətəndaşlara “Ağanın nəzirini çoxdandır vermirsən. Nəzirimi yubatmasan cəddim sənə həmişə kömək olar” deyərək onlardan “pul” qoparır. M.Bədirovu tanımayan şəxslərə özünü cənub bölgəsinin hörmətli və nüfuzlu şəxsi kimi təqdim edir. Amma əslində Bədirovların nəinki cənubda, yaşadığı Masallının Şıxlar kəndində belə nüfuzu, hörməti yoxdur. Qardaşlarının adı narkotik alverçisi, dələduzluqda hallanır. M.Bədirov yaşadığı Şıxlar kəndindəki məscidə dini biliyi olmayan, “Yasin” surəsini belə oxumağı bacarmayan Şəhrat Nağıyevi imam təyin etdirib.

Şəhratın bisavadlığına görə Şıxlar kənd dindarları məscidə hər il Məhərrəm ayında mərasimləri idarə etmək üçün qonşu rayon və kəndlərdən din xadimi dəvət edirlər. Dövlət isə hər ay Şəhrəta imam kimi maaş verir. Şıxlar kəndində dini biliklərə malik olan din xadimi yoxdursa, Miryəhya Bədirovun özünü həmin məscidə din xadimi təyin etmək daha yaxşı olardı. M.Bədirov Şıxlar kənd qəbiristanlığında atasına məxsus məzarı ziyarətgaha çevirərək camaatın ziyarətgaha verdiyi nəzir-niyaz, hər il Məhərrəm ayında evində qurduğu təhkiyədə yığılan pullar da Hacı Miryəhyanın şəxsi güzəranının yaxşılaşmasına xidmət edir.
DOSYE.ORG
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 08 2020
12 08 2020
12 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020
11 08 2020