Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-04-2018, 11:57)
Tovuz rayonu:İqtisadi artım,dimamik inkişaf

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Tovuz rayon İcra Hakimiyyətinin Başçısı cənab Tofiq Zeynalovun apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Regionlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının  inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildikdən sonra rayon rəhbərliyinin bu sahəyə ayırdığı diqqət daha da artmışdır.Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.Verilən məlimatlara əsasən cənab Tofiq Zeynalovun rəhbərlik etdiyi Tovuz rayonunda 2014-2018-ci illər ərzində sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramı çərçivəsində Tovuz rayonunda ötən il ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.Ötən il rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlər keçirilmişdir.Tovuz rayonunda  2018-cı ildə bütün sahələr üzrə artım daha da yüksək olacağı, bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcəyi, sosial-iqtisadi sahələrdə uğular qazanılacağı nəzərdə tutulub.Ötən il ərzində xarici bazarlara 13 milyon 12 min manat dəyərində 23 min 185 ton məhsul göndərilmişdir. O cümlədən 4 min 300 ton pomidor-xiyar, 7 min ton yer kökü, 10 min ton kartof, 1885 ton meyvə ixrac edilmişdir.  Bundan əlavə ötən il xarici bazarlara 1700 ton xurma, 80 ton gilas, 50 ton ərik,50 ton nar, 5 ton fındıq göndərilmişdir. Rayonun ixrac potensialının gücləndirilməsi istiqamətində işlər davam etidirilir.

 Kənd təsərrüfatı inkişaf edir

  Regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Tovuz rayonunun aqrar bölməsi 2017-ci ili uğurla başa vurmuşdur. Belə ki, rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən edilmişdir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, ixracyönümlü məhsulların inkişaf etdirilməsi,rayon kənd təsərrüfatı idarəsi qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 2017-ci ildə Tovuz rayonunda kənd təsərrüfatı məhsullarının əkininin genişləndirilməsi ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən kənd təsərrüfatı məhsullarının təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuşdur.Sərmayələr  əsasən  səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir.Ötən il 1499 hektar sahədə tərəvəz əkilmişdir. Həmin sahələrdən 26 min 404 ton məhsul götürülmüşdür. O cümlədən ümümi sahəsi   44 hektar olan istixanalarda 4396 ton məhsul istehsal olunmuş və il ərzində 4 milyon 317 min manatlıq məhsul satılmışdır. İstehsal olunan məhsulların əsas hissəsi xarici ölkələrə ixrac olunmuşdur. Keçən il əlavə olaraq 5 hektar sahədə yeni istixanalar yaradılmış və bu sahəyə  1 milyon 47 min manat özəl sərmayə yatırılmışdır.2017-ci ildə 21 min 117 hektar sahədə dənli bitkilər əkilmişdir, bundan 19 min 526 hektarı buğda sahələridir. Buğdanın hər hektarından məhsuldarlıq 32,3 sentner olmaqla 62 min 994 ton məhsul istehsal edilmişdir. Əvvəlki illə müqayisədə 31 min 358 ton çox buğda istehsal olunmuşdur.Ötən il 7 min 375 hektar sahədə kartof əkilmiş, 169 min tondan çox məhsul götürülmüşdür. Hər hektardan məhsuldarlıq 230,1 sentner təşkil etmişdir. Bəzi digər məhsul növləri üzrə əkin sahələrinin genişləndirilməsi səbəbindən kartof əkini sahələrinin azalması məhsul istehsalının da müəyyən qədər azalmasına səbəb olmuşdur. 

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır.

Azərbatcan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bu müsbət tendensiya Tovuz sakinlərinin sosial rifahında da özünü göstərir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar.Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.Ötən il 1083 ailəyə ünvanlı sosial yardım ödənilib ki, bunun da aylıq məbləği 164 min 337 manat təşkil edir.2017-cı ildə rayon üzrə təsdiq olunmuş 9 milyon 611 min manat proqnoza qarşı büdcəyə 10 milyon 350 min manat vəsait daxil olmuş, proqnoz 107,7 faiz yerinə yetirilməklə əvvəlki ilə nisbətən 883 min manat çox vəsait daxil olmuşdur.Rayon üzrə ümumi xərclərin 76,3 faizi yerli xərclər hesabına həyata keçirilmişdir. Ötən il rayonun xərcləri  12 milyon 653 min 900 manat proqnozlaşdırılmış,  12 milyon 241 min 500 manat və ya 96,7 faiz icra olunmaqla nəzərdə tutulduğundan 412 min 400 manat az xərc edilmişdir. 

 Suvarmada müasir metodlar tətbiq olunur

 Tovuz rayonunun torpaq sahibləri əkin sahələrinin suvarılmasında  Suvarma Sistemləri İdarəsinin və  Subartezian Quyularının İstismarı İdarələrinin xidmətindən istifadə edirlər. Bu İdarələr fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir, meliorasiya fondlarının qorunmasını və istismarını təmin edirlər. Cari ilin ötən ayları ərzində tələb olunan qədər suvarma kanalları,  kollektor –dren sistemi lildən təmizlənmiş,eləcədə suvarma kanallarında kollektor-drenlərdə  hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir.Yerlərdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində yerlərdə suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır. Adı çəkilən idarələrin həyata keçirdiyi tədbirlər rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaratmışdır.Tovuz rayonundakı drenlər hal-hazırda çox yaxşı vəziyyətdədir. Son 3 ildə rayon ərazisində vətəndaşların əkdiyi torpaq sahələrində məhsuldarlıq bir neçə dəfə artmışdır.Rayonda torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorativ işlərin həyata keçirilməsi 2017-ci ildə də davam etdirilmişdir. Tovuzçay su anbarı üzərində nasos stansiyası quraşdırılması işi başa çatdırılmışdır. Eyni zamanda Ağdağ adlanan əraziyə və Yuxarı Öysüzlü kəndinə su verilməsi üçün ikinci pillə nasos stansiyasında quraşdırma işləri tamamlanmışdır. 

Hazırda 27 yaşayış məntəqəsinin ərazisində 6839 hektar sahənin suvarılmasını təmin edən 402 ədəd subartezian quyusu fəaliyyət göstərir. Birinci Dövlət proqramı cərçivəsində 7 ədəd, ikinci dövlət proqramı çərçivəsində isə 19 ədəd (cəmi 26 ədəd) subartezian quyusu qazılıb istifadəyə verilmişdir. 2013-2017-ci illərdə isə bundan əlavə  cənab Prezidentin müvafiq Sərəncamları ilə 51 ədəd subartezian quyusu qazılmışdır. Budan 6 ədədi 2017-ci ildə qazılmış və istismara hazır vəziyyətdədir. Bu layihənin carı ildə də davam etdirilməsi nəzərdə tutulur.

Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.Tovuz rayon məktəblərində təlim-tərbiyə  günün  tələbləri   səviyyəsində  qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan  tarixi  və Azərbaycan  coğrafiyasını  dərindən  öyrənmələrinə  diqqət  gücləndirilmişdir.  Bu  məqsədlə  yazılı  sorğular,  test  yoxlamaları, müxtəlif  müsabiqə, o cümlədən  inşa  müsabiqəsi və  olimpiadalar, bilik  yarışları  bilavasitə  şagirdlərin  iştirakı  ilə  aktual  sayılan  mövzulardan praktik  konfranslar, ekskursiyalar  təşkil  olunmuşdur. Fənlərin  tədrisini  gücləndirmək  məqsədilə  müxtəlif  səpgili  tədbirlər  keçirilmişdir.   Yetişməkdə olan  gənc nəsilin vətənpərvərlik, dövlətçilik  ruhunda  tərbiyə olunması Təhsil Şöbəsi  və  ümümtəhsil  məktəblərinin ümdə  vəzifələridir və bu istiqamətdə işlər  aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı  inşalar yazılır, gənclər və  yeniyetmə arasında idman yarışları və intellektual  müsabiqələr  keçirilir.Təhsil sahəsində ötən il müəyyən işlər görülmüşdür. 2017-ci ildə orta məktəbləri bitirən 1650 nəfər məzundan 542 nəfəri ali məktəblərə, 131 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşlar. F. Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbin məzunu Əhmədli Kənan Fazil oğlu qəbul imtahanında 695 bal toplayaraq ən yüksək nəticə göstərmişdir. 30 nəfər 600 baldan yuxarı, 80 nəfər isə 500 baldan yuxarı müvəffəqiyyət əldə etmişdir. Keçən il müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilmiş, rayon üzrə ümumi orta bal maksimum balın 60,9 faizini təşkil etmişdir.Qaliblər  fəxri  fərmanlar  və  qiymətli hədiyyələrlə  təltif olunurlar.  Şagirdlərin  hərbi - vətənpərvərlik   tərbiyəsini  gücləndirmək  məqsədilə  məktəblilərin  hərbi hissələrdə  hərbçilərlə  görüşləri  təşkil  olunmuşdur.Ümidvarıq kii Tovuz rayon Təhsil Şöbəsi və rayonun tərəqqipərvər təhsil işçiləri yetişməkdə olan gənc tovuzlular nəslini məhz bu sadalanan yüksək dəyərlərə yiyələndirəcək, daha böyük müvəffəqiyyətlər qazanacaqdır.

Səhiyyənin səviyyəsini xarakterizə edən göstəricilər yaxşılaşmaqdadır

Tovuz Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri ötən il ərzində ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq  rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar – epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara  dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir. İmtiyazlı xəstələrə, onkoloji xəstələrə, nevroloji xəstələrə, ürək-qan dövranı sistemi xəstələrinə, tənəffüs sistemi xəstələrinə və s. imkan daxilində büdcədən ayrılmış vəsait hesabına tibbi yardım göstərilmişdir.Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir.Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, fevralın ayından  etibarən ölkəmizin hər yerində olduğu kimi,Tovuz rayonunda da əhalinin tibbi dispanserizasiyası uğurla həyata keçirilir.Tovuz Rayon Mərkəzi Xəstəxanası  tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Qrafikə əsasən, ilk olaraq idarə və müəssisələrin kollektivləri müayinədən keçirilir.

 Maliyyə göstəriciləri yaxşılaşır

 Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Tovuz rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Tovuzlular vətənin müdafiəsinə hazırdırlar                                                  

 Tovuz rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi strateji əhəmiyyətə malik məsələ kimi diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti başçısı aparatı ötən 2017-ci il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır.Gənclərin hərbi xidmətə yola salınması həmişə təntənəli mərasimlə keçirilir. Əvvəlcə dövlət himni səsləndirilir. Tədbirdə çıxış edən ziyalılar, müharibə veteranları və valideynlər Vətənə sədaqət borcunu ödəməyə gedən gəncləri təbrik edir, onlara xoş istək və arzularını çatdırır, Ali Baş Komandanın hər bir əmrini canla-başla, sözsüz yerinə yetirmələrini tövsiyə edirlər. SHXÇDX Tovuz rayon Şöbənin rəisi  bu fikirdədir ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir.Onun sözlərinə görə, dörd günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu yağıya nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusu düşmənə döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək; Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək; Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək; İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə almaq; Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq; Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq dərsi keşdi.Ötən il Tovuzda Hərbi vətənpərvərlik sahəsində aparılan işlər davam etdirilmiş və hesabat ilində 25 nəfər gənc ali hərbi məktəblərə, 7 nəfər isə hərbi liseylərə qəbul olunmuşdur. Beləliklə son 10 ildə ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olunan tovuzlu gənclərin sayı 563 nəfərə çatmışdır. 

 

 ***

Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Tofiq Zeynalovun rəhbərlik etdiyi Tovuz rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Tovuz rayonunun da sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024