Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-04-2024, 19:44)
ABŞ Dövlət Departamentindən növbəti qərəzli HESABAT: “Mahiyyətində bu amil dayanır”

 “Amerika Birləşmiş Ştatları hər il analoji addımı ataraq, il ərzində dünya ölkələrində insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat hazırlayıb, onu yayır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 



Deputat ABŞ Dövlət Departamenti tərəfindən 2023-cü il üçün dünyada “insan haqlarının vəziyyəti”nə dair hazırlanmış illik hesabata münasibət bildirib.
E. Nəsirov qeyd edib ki, ABŞ özünü bu məsələdə arbitr kimi aparır və “hansı ölkələrdə demokratiya və insan haqlarının səviyyəsi necədir?” sualına öz standartları baxımından qiymət verməyə çalışır.
“Bir çox hallarda belə hesabatlar müstəqil siyasət həyata keçirən dövlətlərə təzyiq elementi kimi nəzərdə tutulur. Budəfəki hesabat da, bu baxımdan, istisna deyil. 2023-cü ildə İnsan Hüquq və Azadlıqlarının Vəziyyəti ilə bağlı hesabatda Azərbaycanla əlaqədar olan hissədə yenə də qərəzli məlumatlar var, Azərbaycanda mətbuat azadlığının olmaması, jurnalistlərə təzyiqlər və s. kimi ifadələr öz əksini tapıb”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, əslində, bu hesabatın mahiyyətində dayanan əsas məsələ odur ki, Azərbaycan Silahlı Qüvvələri keçən ilin 19-20 sentyabr tarixlərində birgünlük antiterror əməliyyatı həyata keçirdi, Qarabağda separatizmin kökünü kəsdi və separatçıları Qarabağdan çıxardı:
“Separatizmlə terrorizm arasında bir məsafə yoxdur və bunlar eyni zəncirin iki həlqəsidir. Azərbaycan separatizmin kökünü kəsmək və terrorizmə ağır zərbə endirməklə həm də beynəlxalq terrorçuluğa qarşı mübarizə prosesinə də bir töhfə vermiş oldu. Çünki dünyada bütün separatçı və terrorçuların çox sıx əlaqəsi var və onlar bir çox hallarda koordinasiya olunmuş fəaliyyət göstərirlər.
Belə vəziyyətdə Azərbaycanın bu addımlarını təqdir edib dəstəkləmək əvəzinə, bizi bu hesabatda da tənqid atəşinə tuturlar. Guya Azərbaycanın günahı ondadır ki, öz suverenliyini təmin edib, bundan başqa, bizi ittiham edirlər ki, ermənilər Qarabağı tərk ediblər və s. Onlar bölgədən könüllü çıxıb gediblər, heç kim onları qovmayıb. Ermənistanın baş naziri Nikol Paşinyan da deyib ki, onların Qarabağa qayıtmaq niyyəti və bel bir plan yoxdur. Lakin ABŞ bu məsələdə Azərbaycanı ittiham edir”.
E.Nəsirovun fikrincə, bu ittihamlara ən gözəl cavabı Çin Xalq Respublikası (ÇXR) verir:
“ÇXR hər il “ABŞ-də insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı hesabat” dərc edir. Həmin hesabatda bu gün də irqçiliyin Birləşmiş Ştatlarda hökm sürdüyü, polis özbaşınalığının dəhşətli bir forma aldığı və polisin dinc insanlara qarşı necə şiddət tətbiq etdiyi kimi məsələlər öz əksini tapır. Burada İslamafobiya və ksenofobiya ilə bağlı baş verən insidentlər də yer alıb. Sözügedən hesabatla tanış olanda görürsən ki, əslində ABŞ-nin özündə insan hüquq və azadlıqları ilə bağlı bərbad bir vəziyyət var. Bu gün də əhalinin 13%-ni təşkil edən afroamerikalılara münasibətdə ayrı-seçkilik hökm sürür. Onları heç bir intellektual dairələrdə görmək olmaz və elit sahələr onlar üçün bağlıdır”.
Deputat diqqətə çatdırıb ki, bu, həmçinin Azərbaycana qarşı olan bir təzyiq üsuludur, amma Azərbaycanla bu cür danışmağın mənası yoxdur.
“Biz, əksinə, Birləşmiş Ştatları strateji tərəfdaş hesab edirik, bizim bir çox fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür, lakin təəssüf ki, ABŞ Konqresi ilə Dövlət Departamentində bir çox hallarda anti-Azərbaycan addımları atılır ki, bu da ABŞ üçün region siyasətində ziddidir. Çünki regionda söz sahibi Azərbaycandır və Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi töhfələr verən bir dövlətdir. Onlar belə bir hesabatı hazırlayanda baxmalıdırlar ki, Azərbaycan hansı coğrafiyada yerləşir, qonşularında kimlər var və həmin qonşularla ABŞ-nin hansı qəliz münasibətləri var. Onlar bu kimi strateji məsələlərə göz yummamalıdırlar””, – deyə o yekunlaşdırıb.
Qeyd edək ki, hesabatın Azərbaycana aid bölümündə yenə də qərəz dolu məlumatlar dərc olunub. ABŞ-ın 2-ci, 3-cü dərəcəli diplomatlarının hazırladığı qərəzli hesabatda sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan da bəhs edilir.шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024