Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (8-01-2021, 18:00)
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR

 2020-cu ildə Masallıda rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 9 milyon 332 min 332 manat məbləğində 17 tender keçirilib.

Mediatv.az-ın məlumatına görə, İcra hakimiyyəti 14 tenderə 4 milyon 420 min 646 manat xərcləyib. Masallıda Rayonun İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi Masal-944 MMC (1 milyon 410 min 784 manat) olmuşdur.

Mədəniyyət Nazirliyinin Masallı Regional Mədəniyyət İdarəsi 5 tender keçirib ki, məbləği 4 milyon 869 min 306 manat təşkil edir. Ən böyük həcmli tenderin qalibi isə " MASAL-944” MMC (4 milyon 788 min 440 manat) olmuşdur.

Mediatv.az- 2020-cu ildə Masallıda Rayonunda keçirilən tenderləri təqdim edir.
 




Mediatv.az bildirir ki, Masallı RİH-in əsas tender tərəfdaşı olan Masal-944 MMC əslində hər zaman belə bir imtiyazlara balik olub və burada icra başçısının kimliyi önəm daşımayıb. Yəni Rafil Hüseynovun vaxtında olduğu kimi, indiki başçı - Şahin Məmmədovun vaxtında da Masal-944 MMC əsas tenderlərin qalibi olub.

Məlumat üçün qeyd edək ki, “Masal-944” MMC 19.02.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Masallı rayonu Şıxlar kəndi göstərilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin qanuni təmsilçisi Quliyev Adil Amanxan oğludur.
Dövlət qeyydiyyatından keçdikdən qısa müddət sonra dövlət qurumlarının elan etdiyi dəyəri milyonlarla manata çatan onlarla tenderin qalibi olan “Masal-944” MMC-nin internet saytı belə mövcud deyil. “Masal-944” MMC təkcə 2015-16-cı illərdə müxtəlif dövlət qurumlarına fərqli sahələrdə xidmətlər göstərib. Məsələn, 2016-cı ildə Lerik Rayon Mərkəzi Xəstəxanasına çörək satan MMC, Masallı Rayon Mərkəzi Xəstəxanasına ehtiyat hissələri satıb. MMC-nin fəaliyyət sahəsinə mətbəə, təmir, ərzaq, kənd təsərrüfatı, yumuşaq invertalların satışı kimi çoxşaxəli fəaliyyət daxildir.
Maraqlı məqamlardan biri də odur ki,“Masal-944” MMC-nin qanuni təmsilçisi olan Quliyev Adil Amanxan oğlu eyni zamanda bir neçə şirkətin də qanuni təmsilçisi olub. Quliyev Adil Amanxan oğlu müxtəlif illərdə “Adil-Mübariz” TOM, “Dalğa-AA” və “Areal” MMC kimi şirkətlərin vasitəsilə onlarla tenderin qalibi olub. Bir şirkətin gördüyü işi, satdığı məhsulu eyni dövürdə digər şirkətlər də təkrar edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024