Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (4-07-2020, 14:25)
Naxçıvandakı Olimpiada təxirə salındı - RƏSMİ

 Koronavirus pandemiyasına görə Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış təxirə salınıb.
Mediatv.az xəbər verir ki, söhbət Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında (U-16) Ümumdünya Şahmat Olimpiadasından gedir.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qərarına əsasən, həmin Olimpiada bu ilin oktyabrında Naxçıvanda keçirilməli idi. 2-12 oktyabr tarixlərində təşkili planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Turnirin dəqiq tarixi barədə daha sonra məlumat veriləcək. Xatırladaq ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən U-16 Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək, liderliyini sonadək qoruyub.
Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası səbəbindən bu Olimpiadadan başqa, Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “ShamkirChess2020” superturniri də təxirə salınıb.шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024