Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (1-08-2021, 22:12)
Biləsuvarda eyni yolda ikinci qəza oldu, sürücü öldü - Foto

Biləsuvarda eyni yolda ikinci qəza oldu, sürücü öldü



Biləsuvar- Bəhramtəpə magistralında ağır yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki hadisə magistralın Biləsuvar rayonunun Səmədabad kəndindən keçən hissəsində baş verib. 

Belə ki, eyni istiqamətdə hərəkətdə olan "Man" markalı yük avtomobili qarşıda gedən digər yük avtomobilinə - "Kamaz"a çırpılıb. Zərbənin təsirindən "Kamaz" yoldan çıxaraq aşıb. 


Ağır yol qəzasında "Man" markalı yük avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

"Kamaz" markalı yük avtomobilinin Salyan rayonu Şorsulu kəndindən olan sürücüsü və sərnişinləri- Qafarov Yasər Ağahüseyin oğlu (1997-ci il), Əliyev Gülağa Urfan oğlu (1995-ci il) və Miriyev Böyükağa Ağalar oğlu (1996-cı il) bədənin müxtəlif nahiyələrinin əzilməsi, sıyrılması yaraları alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, həkimlərin müayinəsi və yardımından sonra amblator müalicəyə buraxılıblar.

Qeyd edək ki, bu gün sözügedən ərazidə günün ikinci yarısında da minik avtomobilinin aşması nəticəsində avtomobil qəzası baş verib.

Faktla bağlı araşdırma aparılır.





шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 09 2021 21:57
18 09 2021 21:12
18 09 2021 20:45
18 09 2021 20:27
18 09 2021 20:13
18 09 2021 20:01
18 09 2021 19:37
18 09 2021 19:25
18 09 2021 18:42
18 09 2021 18:10
18 09 2021 17:47
18 09 2021 17:25
18 09 2021 17:03
18 09 2021 16:23
18 09 2021 16:11
18 09 2021 15:57
18 09 2021 15:43
18 09 2021 15:28
18 09 2021 15:11
18 09 2021 14:57
18 09 2021 14:46
18 09 2021 14:28
18 09 2021 14:12
18 09 2021 13:47
18 09 2021 13:30
18 09 2021 13:12
18 09 2021 12:50
18 09 2021 12:40
18 09 2021 12:04
18 09 2021 11:54

{sape_links}{sape_article}