Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-01-2021, 23:00)
İlham Əliyevin Moskvadakı çıxışı İtaliya mətbuatında

 İtaliyanın “Il Giornale”, “Askanews”, “Agenzia Nova”, “Politicamente Corretto”, “Yahoo Finanza”, “KmetroO” kimi kütləvi informasiya vasitələri 11 yanvar tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdən sonra Prezident İlham Əliyevin mətbuat açıqlamalarına geniş yer veriblər.
"Mediatv.az" xəbər verir ki, məlumatlarda Prezident İlham Əliyevin bundan sonra regionun davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün keçirilmiş üçtərəfli görüşün vacibliyini vurğuladığı, imzalanmış bəyanatın tərəflərin niyyətlərinə dəlalət etdiyi və hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndinin nəqliyyat kommunikasiyalarının bərpasına aid olduğunu dediyi bildirilir.
“Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”, deyə Azərbaycan dövlət başçısının fikirləri qeyd olunur.
Yazılarda Prezident İlham Əliyevin 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanatın uğurla həyata keçirildiyi, bu Bəyanatın bəndlərinin çox hissəsinin yerinə yetirildiyi, Rusiya sülhməramlı missiyasının öz işini səmərəli şəkildə yerinə yetirdiyi və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmadığını bildirdiyi vurğulanır. “Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”, deyə Prezident İlham Əliyevin fikirlərinə istinad olunur.
Yazılarda, eləcə də 11 yanvar üçtərəfli görüşündən sonra tərəflər arasında imzalanmış bəyanatın mətninə yer verilir, habelə ötən ilin 27 sentyabr tarixində Ermənistan və Azərbaycan arasında başlanmış müharibə nəticəsində Azərbaycanın 25 ildən artıq müddət ərzində Ermənistanın işğalı altında olan əraziləri üzərində öz suverenliyini bərpa etdiyi, Moskvada imzalanmış sənədin regionda atəşkəsdən davamlı və əsl sülhün əldə edilməsi istiqamətində önəmli addım olduğu və bütün bölgədə nəqliyyat, kommunikasiya və tranzit xətlərinin açılması üçün əhəmiyyət kəsb etdiyi bildirilir. Məqalələrdə, habelə ötən həftə Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək infrastruktur layihələri barədə danışdığı və “Qarabağda cənnət yaradacağıq” dediyi də qeyd olunur.шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024