Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (29-08-2022, 12:25)
Bakı təhsilini görün, kimə ƏMANƏT EDİRLƏR...

 Bakı Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyevanın portfelsiz məmura çevrildikdən sonra indi də kənarlaşdırılması prosesinə hazırlıq gedir. TİA.Az-a verilən məlumata görə, M.Vəliyevanın vəzifəsindən uzaqlaşdırılması təhsil naziri Emin Əmirullayevin mühüm hədəflərindən biridir. Artıq Bakı Təhsil İdarəsinin əsas gəlir mənbəyi olan bir sıra səlahiyyətlər də ondan alınaraq nazirliyə verilib. Bura məktəbəhazırlığa qəbul, bağçalara qəbul, 1-ci siniflərə qəbul, direktor və direktor müavinlərinin yerdəyişmələri, məktəblərin təmiri və digər qərarverici işlər daxildir. Belə görünür ki, M. Vəliyevanın kənarlaşdırılması üçün zəruri bütün addımlar atılıb və yaxın günlərdə yola salınacaq. Xəbərlərə görə, onun yerinə Xəyalə Əhmədzadə təyin oluna bilər. X. Əhmədzadə ötən ilin martından nazirin əmri ilə M.Vəliyevanın müavini vəzifəsini daşıyır. Onun qardaşının nazirin müşaviri olduğu deyilir və bu haqda media yazıb. Qeyd edək ki, Əhmədzadə Xəyalə Fərhad qızı 1980-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.
1999-cu ildən pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhəri 272 nömrəli tam orta məktəbdə və Bakı Atatürk liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 2014-2020-ci illərdə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində çalışıb. Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibidir.
Təhsil nazirinin 2021-ci il 2 mart tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib. Bir müddət əvvəl deputat Etibar Əliyev Vəliyevanı və Əhmədzadəni ittiham etmişdi. Buna BTİ rəhbəri münasibət bildirmişdi. Deputatın sözlərinə görə, Mehriban Vəliyeva “5-ci kolon” tərəfindən idarə olunur.
 










“Təəssüf edirəm ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etikadan kənar ifadələr işlədən bir şəxs rəhbərlik edir. Halbuki, həmin şəxs yalan danışır. O, kimlər tərəfindən idarə edildiyini etiraf etməlidir. Mehriban Vəliyeva çox yaxşı bilir ki, liseylərə və şəhərin mərkəzində olan məktəblərə hansı əsaslarla şagird qəbulu aparılır. O, həmin işlərin mərkəzində duran adam olduğu üçün, rəhbərlik etdiyi idarədə baş verən ikitirəlik, qarşıdurmalar barədə çox yaxşı bilir. O qadın kənardan, “5-ci kolon”un nümayəndəsi, vaxtilə Təhsil nazirinin müavini olan Məhəbbət Vəliyeva tərəfindən idarə edilir, amma bu ona icazə vermir ki, etikadan kənar ifadələr istifadə etsin”.

Deputat qeyd edib ki, Bakı məktəblərinin təchizatı ilə bağlı korrupsiya faktları mövcuddur:

“Xəyalə Əhmədzadə havadarlarının sayəsində bu sahələrə- ibtidai təhsil, bütün Bakı şəhərində yerləşən bağçalar və təhsilin idarə edilməsinə kuratorluq edir. Təhsildə hansı hadisələr baş verir, hansı qruplaşmalar var, layihələrə ayrılan vəsaitlərin necə mənimsənildiyini bütün ölkə bilir. Faktlar əlimdə olmasa, bəyanatlarla çıxış edə bilmərəm. O qadın bu cür neqativ halların çiçəklənməsində mərkəzi fiqurdur və Bakı məktəblərinin təchizatı ilə bağlı dəhşətli maxinasiyalardan, deyəsən, xəbəri yoxdur”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024