Təhsil (23-08-2022, 14:16)
Məktəb psixoloqlarının maaşları nə vaxt artacaq?
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə çalışan psixoloqların maaşlarının nə vaxt artacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Mediatv.az xəbər verir ki, nazir bu barədə bu gün keçirdiyi brifinqdə danışıb.
“Hazırda bizim nə psixoloqlarımızın, nə direktorların, nə direktor müavinlərinin, nə də müəllimlərin maaşı artıb. Burada söhbət maaşlara olan əlavədən gedir. Əməkhaqqı artımı hamıya aid olur, həm psixoloqlara, laborantlara, həm də digər təhsil işçilərinə. Bununla bağlı vahid tarif sorğu cədvəlimiz olur. Hər il və ya 2 ildən bir mütəmadi olaraq onların maaşları artırılır. Həmçinin bu ilin əvvəli də artırılmışdı. O əməkhaqqı artımının bugünkü əlavəyə heç bir dəxli yoxdur. Bu, əlavə sertifikasiya ilə bağlıdır”, - nazir qeyd edib.
E. Əmrullayev, həmçinin bildirib ki, məktəb psixoloqlarının maaşlarının artması üçün məktəblərdə psixoloji xidmətin keyfiyyəti yüksəldilməlidir: “İstəməzdim psixoloqlar diqqətdən kənarda qaldıqlarını düşünsünlər. Bu məsələyə həll yolu olaraq daha köklü baxmağımız tələb olunur. Vaxtilə bu islahat keçiriləndə şagird sayından asılı olmayaraq hər məktəbə bir psixoloq təyin olunurdu. Bizim üçün önəmli məsələ olan məktəblərdə qısnama, bullinq və s. hallarla bağlı bəzi işlərə başlayırıq. Məktəblərdə psixoloji xidmətin mahiyyəti və mexanizmi dəyişilməlidir ki, biz əməkhaqqı sisteminə də yenidən baxa bilək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024