Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-05-2024, 17:08)
Gəncə Daşkəsən Regional Təhsil idarəsi bu ədəbsizliyə niyə göz yumur?-VİDEO

 

Gəncə Daşkəsən Regional Təhsil idarəsində baş verən hadisə ilə bağlı təhsilmedia.az saytı olaraq yazı paylaşsaq da, heç bir tədbir görülməmişdir. Təhsil Sektorundan həmin məktəbə gedib sadəcə susmaları problemi öz aralarında səssizcə həll etmələri bildirilib. Bir sözlə, yola verilib.Xatırladaq ki, Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan Zeyvə kənd S. Məmmədov adına tam orta məktəbinin direktor müavini Reyhan İsmayılova müəllimləri hədələyir və direktora qarşı qarayaxma kompaniyası aparır. Ağıza alınmayacaq vulqar sözlər vasitsilə bütün işçiləri təhqir edir. Onların şəxsiyyətinə toxunur. Məktəbdə etik davranış qaydaları köklü şəkildə pozulmuşdur. Bu ağır təhqirlərə məruz qalan müəllimlərdən susmaları tələb edilir.Müəllim adını daşımağa layiq olmayan bu xanım müəllimlərə ağıza alınmayacaq şəkildə təhqiramiz ifadələr işlədir. Sabah bir gün biri namus məsələsi üzərində silah çəksə, adam öldürsə, görəsən, günah kimdə olacaq? Nəinki müəllimə, insana yaraşmayan şəkildə davranan bu müəllim təhsil müəssisəsi idarə edir. Uşaqların, müəllimlərin taleyini belə əxlaqsızlara vermək nə dərəcə düzgündür?Bəs bütün bunlar baş verərkən Gəncə Daşkəsən Regional Təhsil idarəsi müdürü Anar Qədiməliyev və Təhsil sektorunun müdiri Xəyal Məmmədov hara baxır? Niyə bu qanunsuzluq edən, özbaşınalıq edən direktor müavini haqqında heç bir tədbir görmür?Elə ona görədir ki, davamlı bu bölgədə bıçaqlanma, adam öldürmə, şagirdlər arasında zorakılıq, bullinq halları ictimaiyytdə tez- tez səsləndirilir. BU şəkildə problemləri həll etdikcə, elə belə şagirdlərin də sayı günü gündən artacaq. Son zamanlarda Gəncədə 4 şagird bıçaqlanması xəbəri ilə qarşılaşmışıq. Görünür ki, elə bu idarəetmənin normal gedişatıdır. Belə də davam edəcək.Məgər təhsilimiz belə müəllimlərə əmanət edilməlidir? Əxlaqa zidd danışıqlar, şantajlar, təhqirlər ilə məktəbi idarə etmək, müəllimləri heçə saymaq, onlara qarşı zorakılıq etmək bağışlanılmaz bir hadisədir və mütləq qarşısı alınmalıdır.Həmin səsyazını yenidən sizlərə təqdim edirik.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024