Təhsil (15-08-2023, 14:32)
BDU rektoruna yeni müşavir TƏYİN OLUNUB
Bakı Dövlət Universitetinin rektoruna yeni müşavir təyin olunub.
Elm və Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) şöbə müdiri, 1992-ci il təvəllüdlü Asiman İlyasov Bakı Dövlət Universiteti rektorunun keyfiyyət təminatı üzrə müşaviri təyin olunub. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
A.İlyasov 2015-2020-ci illərdə ali təhsil müəssisələrində “Əlavə təhsil bölməsi”nin rəhbəri, “Gənc müəllimlərin hazırlanması bölməsi”nin rəhbəri, “İnsan resurslarının təlimi və inkişafı şöbəsi”nin müdiri, “Keyfiyyət təminatı şöbəsi”nin müdiri kimi müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən TKTA-da əmək fəaliyyətinə başlayıb. 2021-ci ildə həmin qurumda “Təlim və metodologiya şöbəsi”nin müdiri vəzifəsinə təyin olunub.
Asiman İlyasov, eyni zamanda, 2018-ci ildən 2023-cü ilədək müxtəlif vaxtlarda Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Biznes Universitetində akademik fəaliyyətlə məşğul olub.
Bütün bunlarla yanaşı, ERASMUS+EQAC (Azərbaycan ali təhsil müəssisələrində keyfiyyət təminatı mərkəzlərinin yaradılması) layihəsində layihə meneceri, ERASMUS+CRENG layihəsində isə xarici keyfiyyət təminatçısı kimi yaxından iştirak edib. Türkiyə, Litva, İspanya, Çin, İngiltərə və İsveçdə keyfiyyət təminatına və insan resurslarının idarəedilməsinə dair müxtəlif təlimlərə qatılıb.
Doktorantura təhsilini 2023-cü ildə bitirib və hal-hazırda The George Washington Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında icra olunan “ Təhsil siyasəti və liderlik” ixtisası üzrə ikili diplom proqramında ikinci magistratura təhsilini davam etdirir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024