Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (6-06-2023, 08:26)
Bu məktəbdə atestat qiymətləri üçün pul yığımına başlanılıb.

 










Elm və Təhsil Nazirliyindən mütəmadi olaraq bildirilir ki, orta məktəblərdə hər hansı bir məqsədlər üçün pul yığılması qanunvericilik aktlarına ziddir və bu yolverilməzdir.Təəssüf ki, buna baxmayaraq hələ də bir çox məktəblərdə təhsil alan şagirdlərdən müxtəlif adlar altında  pul yığılması halları vardır və davam etməkdədir.Əksər təhsil ocaqları lazımi səviyyədə bütün avadanlıqlarla təmin olunub,olunmayanlar da təmin olunmaqdadır. Məktəblərdə təmir, müəllimlər günü,8 mart Qadınlar bayramına və.s hallarına görə pul yığılması halı mövcuddur..Bundan başqa, KSQ (kiçik summativ qiymətləndirmə) və BSQ (böyük summativ qiymətləndirmə) sınaq imtahanları üçün şagirdlərdən pul yığılır ki, bu da yolverilməzdir. Çünki dövlət tərəfindən bütün məktəblər lazımi sayda printer və kağızla təmin olunur.
Daxil olmuş informasiyalardan məlum olur ki, bir çox məktəblərdə məktəb direktorları məktəbə verilən ləvazimatları mənimsəyib. Onlar da bu problemi həll etmək üçün müəllimləri məcbur edir ki, şagirdlərdən bu məsələləri həll etmək üçün pul yığsınlar. Elm və Təhsil Nazirliyi hər hansı bir  pul yığılması ilə bağlı şikayət edənlərin anonimliyini qoruyarsa, görər ki məktəblərdən nə qədər şikayət daxil olur. Müəllim və ya direktordan şikayət edən kimi uşağa qarşı münasibət dəyişir, müəllim ayrı-seçkilik edir,uşaq da yoldaşlarının yanında seçildiyini görəndə sınır, ona görə də, valideyn şikayət etməkdən çəkinir.İstəsək,istəməsək də günümüzün reallığı budur.İnsafən,Emin Əmrullayev  nazir təyin ediləndən sonra isə rüşvətlə,atesta görə, eləcə də bayramlarda pul yığılması ilə mübarizəyə başlandığını elan edib. Amma neçə illərdir ki, bu mübarizə yalnız xəbərdarlıqla yekunlaşır.
  2022-2023 -ci il dərs ilinin sonuna yaxınlaşırıq.İndi də məktəblərdə "atestat bazarı"nın açılması barədə informasiyalar daxil olmaqdadır.Belə məktəblərdən biri də Yeni Suraxanı qəsəbəsində yerləşən  89 saylı məktəbdir.Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumata görə məktəbi bitirən şagirdlərdən, atestat qiymətlərinin qaldırılması üçün 50-100 manatdan pul yığılır.Məktəb rəhbərliyi bu işi imkan daxilində gizlincə etməyə çalışır. Bu məsələlərə aydınlıq gətirmək üçün məktəblə əlaqə saxladıq.Məktəbdən bildirdilər ki,direktor hal-hazırda məktəbdə yoxdur,yaxın saatlarda suallarınıza cavab veriləcək.Zəngimizdən bir neçə gün keçməsinə baxmayaraq hələ də məktəbdən bu məsələyə mövqe bildirən tapılmadı..шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024