Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-01-2015, 21:21)
Göygöldə 75 minlik oğurluq- Ailənin 5 üzvü döyüldü+Video

Göygöldə evə soyğunçuluq məqsədilə basqın edilib. 

 

“Mediatv.az” APA TV-yə istinadən xəbər verir ki, soyğunçular ailənin 5 üzvünü döyərək 75 min manat dəyərində pul və zinət əşyalarını oğurlayıblar.

3 nəfər maskalı şəxsdən ikisi otağa girib və sandıqda olan pul və qızıl-zinət əşyalarını götürüb gediblər.

Hadisə rayonun Üçbulaq adlanan otlaq sahəsində yerləşən evdə baş verib. Maskalı şəxslər müqavimət göstərən ev sahibi 43 yaşlı İsa Alışanovu, onun anası Əsli Alışanovanı və 3 bacısını döyüblər.

Bacılardan biri soyğunçulara müqavimət göstərərək onlara mane olmağa çalışıb. Bu isə ev sakinlərinin ciddi xəsarətlər alması ilə nəticələnib.

Ev sahibinin xəstə  anası isə soyğunçuluq məqsədilə gələnləri dilə tutaraq övladlarını qorumağa çalışıb. Ancaq bu da soyğunçuların qarşısını kəsməyib.

Özləri ilə gətirdikləri rezin dəyənəklərlə evdəki adamları döyən soyğunçular 60 min manata kimi nəğd pulu və 15 min manat dəyərində qızıl zinət əşyalarını aparıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan İsa Alışanovun vəziyyətinin orta ağır olduğu bildirilir.

 Faktla bağlı Göygöl rayon Polis İdarəsində araşdırma aparılır.  

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025