Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-01-2015, 17:31)
Bu bölgələrə qar yağacaq- Proqnoz

Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sutunu, nisbi rütubət isə 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi 3-8 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 3-8 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın gecə və axşam yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən gecə və axşam yağıntılı olacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi 3-8 m/s dək güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024